MSK 4 nəfərin şikayətinə BAXDI
Ötən gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Versus.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası beynəlxalq müşahidə missiyası təmsilçilərinin və maraqlı subyektlərin bilavasitə iştirakı ilə namizədliyi qeydə alınmayan 4 nəfərin müraciətinə baxılıb.
Belə ki, namizədliyi özü tərəfindən irəli sürülmüş Ülviyyə Şükürova, namizədliyi 89 saylı İsmayıllı seçki dairəsi üzrə Müsavat Partiyası tərəfindən irəli sürülmüş Dünyaxanım Carullayeva, namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əzimağa İbrahimov, namizədliyi 34 saylı Xətai ikinci seçki dairəsindən Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş Nuran Tağıyev namizədliklərinin qeydə alınmamasının əsassız olduğunu bildiriblər.
Aparılan geniş müzakirələrin ardınca Mərkəzi Seçki Komissiyası yalnız 24 saylı Nizami birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Şükürova Ülviyyə Məmməd qızının şikayətini təmin edib və onun namizədliyinin qeydə alınmasına qərar verib.
Digərlərinin isə şikayəti əsassız hesab edilib və təmin olunmayıb.
Xəbər lenti
Moskvanın mərkəzində baş verən atışmadan XƏBƏR VAR
Hadisdə yaralanan və ölənlərin sayı artıb