Siyasi kuklalar, güllər, ana qızılgüllər…

18:56 13-08-2024 | icon 731 | Kürsü
Siyasi kuklalar, güllər, ana qızılgüllər…

Nə zaman bu qədər gerizəkalı oldunuz?

 

RAMİL HÜSEYNOV
/"Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri/

 

Çox qəribə siyasi prosesləri və o proseslərdə lokomotiv rolunu oynayan siyasi “ambisistlər”, siyasi kuklalar, siyasi güllər, siyasətdə ana qızılgül rolunu oynayanlar, manupulistlər, spekulyantlar bir çox qəribəlikləri bizə seyr etdirdi. Həyatda necə iblislərə xidmət edəcək sifətlər, maska geyinmiş, maskası cırılmış simalar, üzünü ucuz kosmetik məhsullarla bəzəmiş sürüşkən yırtıcılar gördük, bütün bu dövrü yaşadıq…

 

Əslində bu məzlumlara adamın yazığı gəlir. Sizlər üçün səmimi yaradılan fürsətlərdən qeyri-səmimi istifadədən, xəyanətdən, sürüşkənlikdən özünüzü bu hallara saldız. İndi o keçmişdə daxil olduğunuz çevrədən öyrəndiklərinizi cəmiyyətlə guya bölüşürsünüz və neçə il qabaq siyasi, iqtisadi diplomatik və digər səbəbləri nəzərə alaraq dövlətin maraqlarını təmin etmək üçün atılan addımları indiki siyasi hadisələrlə müqayisə edib proqnoz verirsiniz. Axı siz nə zaman bu qədər geri zəkalı oldunuz?..

 

Siyasət hər dövrün reallıqlarını düzgün hesablayıb öz maraqlarını, dövlət maraqlarını qorumaqdır. Bu günlə 20 il öncə baş verənləri müqayisə etmək, münasibətlər sistemində yaranmış gərginlikləri ölkəmizin əleyhinə şərh etmək geri zəkalılığın şiddətli formasıdır. O dövrdə tələblər, reallıqlar, şərtlər, siyasi şərait tam fərqli idi. Güc, qüvvələr nisbəti, qlobal siyasi istək, beynəlxalq güclərin toqquşma çevrəsi, korporativ maraqların nəzər nöqtəsi, baxışlar tam başka idi. Ciddi dəyişikliklərlə fərqli istiqamət götürüb onlara uyğun dövlətçilik maraqlarını qorumaq naminə atılan addımlar təqdir olunmalıdır. Nəticə göz qabağında - torpaqlar işğaldan azad olunub, şanlı tarix yazan ordumuz var, zəfər Azərbaycanındır. Bizə qarşı münasibət dəyişib, dostlar da bizi açıq müdafiə edir. Düşmənləri də öz siyasətimizlə açığa çıxartdıq və sizlər bizə düşmən kəsilən qüvvələrin dəyirmanına su tökürsünüz. Amma bir neçə dəfə istifadə olunan suyun nə onlara, nə də sizə xeyri yoxdur. Siyasi uğurları davam eləmək üçün təmiz sudan istifadə etmək lazım, siz özünüzü bundan məhrum etdiniz.

 

Onunla işim yox, amma ölkənin qazandığı uğurlara o çirkli sudan çiləməyə cəhd etməyin, yoxsa bir gün o suda özünüz boğularsınız.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

Seluelit deyib keçirik, əslində isə...

Olimpiya çempionu olan cüdoçulara HƏDİYYƏ

Kəlbəcərin İstisu qəsəbəsi belə olacaq

Onlar üçün keçiriləcək imtahanın VAXTI

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

Valideynlərin NƏZƏRİNƏ

Sosial şəbəkədə olan bütün görüntülər ARAŞDIRILACAQ

Əhaliyə hava XƏBƏRDARLIĞI

Noyabrdan sonra Azərbaycanda gözlənilən mühüm HADİSƏ

9 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ

Azərbaycan onun qoyduğu siyasi kursla irəliləyir

Əli Əsədovdan nazirliklə bağlı yeni QƏRAR

Prezidentdən mühüm MESAJLAR

Onlara veriləcək kompensasiya MƏBLƏĞİ