Deputat olmasalar da, DEPUTAT PENSİYASI ALACAQLAR

12:20 14-08-2024 | icon 310 | Siyasət
Deputat olmasalar da, DEPUTAT PENSİYASI ALACAQLAR

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. 2020-ci ildə baş tutan seçkidə deputat seçilən bir çox şəxs budəfəki seçkidə də namizəddir.

 

Növbədənkənar parlament seçkilərində iştirak etməyən VI çağırış Milli Məclisin bir sıra deputatları seçkidən sonra pensiyaya çıxacaqlar.

 

Azərbaycan müstəqillik qazandıqdan sonra – 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. Qeyd edək ki, hazırda Azərbaycanda kişilər üçün əmək pensiyası yaşı 65, qadınlar üçün 64-dür.

 

Beləliklə, seçkidən sonra deputat pensiyası alacaq şəxslər aşağıdakılardır:

 

– İsa Həbibbəyli – 74 yaş

– Sədaqət Vəliyeva – 70 yaş

– Oqtay Əsədov – 69 yaş

– Vahid Əhmədov – 76 yaş

– Fəzail Ağamalı – 76 yaş

– Sabir Rüstəmxanlı – 78 yaş

– Tahir Kərimli – 68 yaş

– Aqiyə Naxçıvanlı – 66 yaş

– Bəxtiyar Sadıqov – 72 yaş

 

Pensiyalarla bağlı qanuna görə, Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı fəaliyyətdə olan deputatın əməkhaqqının 80 faizi miqdarında pensiya almaq hüququna malikdir. /modern.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Prezidentdən mühüm MESAJLAR

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ

Şuşada 32 ildən sonra İLK TOY

Röya “Yakışıklım” dedi