AFFA beş klubu birdən cəzalandırdı

15:08 15-08-2024 | icon 419 | İdman
AFFA beş klubu birdən cəzalandırdı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi Azərbaycan Premyer Liqasının ikinci turundan sonra baş verən hadisələrə görə beş klubu birdən cəzalandırıb.

 

Versus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının II turunun "Qarabağ" - "Kəpəz" oyununun 78-ci dəqiqəsində "Kəpəz" klubunun 8 nömrəli futbolçusu Elmir Tağıyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə bir oyun cəzalandırılıb. "Kəpəz" klubu isə 500 manat cərimə edilib.

 

"Araz-Naxçıvan" - "Şamaxı" oyununda hesab tablosu işləmədiyinə görə "Araz-Naxçıvan" klubu 500 manat cərimə olunub.

 

"Səbail" - "Neftçi" oyununda "Səbail" klubunun beş futbolçusu sarı vərəqə aldığına görə "Səbail" klubu 700 manat cərimə edilib.

 

"Səbail" - "Neftçi" oyunu bitdikdən sonra stadionda "Neftçi" klubunun azarkeşləri tərəfindən iğtişaş törədildiyinə görə "Neftçi" klubu 4 000 manat cərimə olunub.

 

"Səbail" - "Neftçi" oyunu bitdikdən sonra "Neftçi" klubunun 99 nömrəli futbolçusu Ervin Koffi azarkeşlərə kənar əşya atdığına görə iki oyun cəzalanıb, "Neftçi" klubu 2 000 manat cəzalandırılıb.

 

"Turan Tovuz" - "Sumqayıt" oyununda "Turan Tovuz" klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Turan Tovuz" klubu 700 manat cərimə olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

Seluelit deyib keçirik, əslində isə...

Olimpiya çempionu olan cüdoçulara HƏDİYYƏ

Kəlbəcərin İstisu qəsəbəsi belə olacaq

Onlar üçün keçiriləcək imtahanın VAXTI

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

Valideynlərin NƏZƏRİNƏ

Sosial şəbəkədə olan bütün görüntülər ARAŞDIRILACAQ

Əhaliyə hava XƏBƏRDARLIĞI

Noyabrdan sonra Azərbaycanda gözlənilən mühüm HADİSƏ

9 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ

Azərbaycan onun qoyduğu siyasi kursla irəliləyir

Əli Əsədovdan nazirliklə bağlı yeni QƏRAR

Prezidentdən mühüm MESAJLAR

Onlara veriləcək kompensasiya MƏBLƏĞİ