“Ölkəmizdə heç bir xarici hərbi qüvvə yoxdur”
Azər Hüseynov: "Güclənməyimizin təməlində balanslı siyasətimiz dayanır"
"İstər Azərbaycan, istərsə də İran üçün qarşılıqlı münasibətlərin qarşılıqlı qonşuluq və hörmət əsasında olması sərfəlidir".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi şərhçi Azər Hüseynov bildirib.
O, qeyd edib ki, son zamanlar bəzi media orqanlarında kifayət qədər problem yaranmasına səbəb olacaq xəbərlər gedir:
“Məsələn, bu yaxınlarda bəzi media qurumları bir məlumatı tirajladı ki, İsrail Azərbaycanda olan əskərlərini ölkəni tərk etməyə çağırıbdır. Halbuki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev dəfələlərlə bildiribdir ki, ölkəmizdə heç bir xarici hərbi qüvvə yoxdur. Həmçinin, Azərbaycan ərazisi heç bir dövlətə, xüsusi ilə İrana qarşı hərbi və kəşfiyyat məqsədləri ilə istifadə edilə bilməz. İbrahim Rəisi ilə danışıqlarda xeyli məsafə qət edildi və səfirlik problemimiz də öz həllini tapdı. Əlbəttə ki, tarixi və siyasi arxa plan səbəbi ilə Azərbaycan-İran münasibətləri ziqzaqvari inkişaf edibdir. Son bəyanatın səhihliyi bilinmir. Düşünmürəm ki, Pezeşkian dövlət başçısı olaraq belə bir təklif irəli sürsün. Bunu etmək üçün birinci sinif şagirdi olmaq lazımdır. Təbii ki, istisna deyildir ki, İran daxilində də Azərbaycanın uğurlarını həzm etməyən bir "sasaniçi" qrup vardır. Bu qrup İran media qurumlarında, digər strukturlarda, bəzən nəzarətdən çıxan bəzi səfirlərin dili gərginliyə səbəb olacaq sözlər ifadə edir. İsraillə problemlərinin olduğu, Amerikanın, Qərbin üzərinə gəldiyi bir dövrdə İran yüksək iradəsinin Azərbaycanla münasibətlərdə gərginliyin yaranmasında maraqlı olmasını düşünmürəm. Bizə gəldikdə isə bizim də emosional deyil, rasional yanaşmamız lazımdır. Xüsusi ilə bir sıra media qurumları xəbərləri tirajlayarkən onların sonuclarını düşünməlidir. Azərbaycana balanslı, regiondakı oyunçularla normal, Türkiyənin timsalında bəziləri ilə isti münasibət qurmaq lazımdır. Bizim güclənməyimizin təməlində bir zamanlar yürütdüyümüz balanslı siyasət dayanır. Onu da Türk daha çox dünyası davam etdirməyimiz bizə daha uyğun olardı”.
T.Qafarlı
Xəbər lenti
"Müəllimlərin cəmiyyətin inkişafında rolu əvəzsizdir"
"Dəyərli müəllimlər, gününüz mübarək!"