27 sentyabr - əks-hücum əməliyyatının yol xəritəsi

18:00 15-08-2024 | icon 466 | Siyasət
27 sentyabr - əks-hücum əməliyyatının yol xəritəsi

Elxan Şıxəliyev: “Antiterror əməliyyatna qədər Azərbaycan təxribatlara səbrlə yanaşdı”

 

Azərbaycan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-də 30 il torpaqlarımızı işğal altında saxlayan və daim silahlı təxribatlar törədən Ermənistan hərbi qüvvələrinə qarşı əks hüçuma keçərək regionun hərbi, geosiyasi mənzərəsini kökündən dəyişdi. 44 gün ərzində Azərbaycan ərazilərində hərbi istehkamlar quran, möhkəmlənən erməni separatçıları darmadağın edilərək, kapitulyasiya aktına imza atmağa məcbur edildi. Erməni quldurlarının ölkə ərzisindən tamamilə çıxarılması və regionda davamlı sülhün bərqərar olunması prosesi müharibədən sonra diplomatik – antiterror tədbirləri ilə özünün həllini tapmaqla, münaqişəli vəziyyət kökündən həll edildi. 44 günlük Vətən Müharibəsi regionda geosiyasi vəziyyəti dəyişməklə, beynəlxlaq müstəvidə yeni reallıqlar yaratmaqla, dünya güclərinin regiona aqressiv yanaşması ilə müşahidə olunmaqdadır. 27 sentyabr əks-hücum əməliyyatı və 44 günlük zəfər savaşının yaratdığı reallıqlar, geosiyasi, hərbi əhəmiyyəti ilə bağlı nələri söyləmək olar.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən hərbi ekspert Elxan Şıxəliyev bir çox məqamlara diqqət çəkib.

 

- 27 sentybr – Azərbaycan Silahlı qüvvələrinin əks hücuma gedən yolu hardan başladı: “Qisas”, Sarıbaba, Fərrux və s. əməliyyatlar bu yol xəritəsinin əhəmiyyətini və hədəflərini necə müəyyənləşdirdi?

 

-Azərbaycan silahlı qüvvələrinin hərb tarixində 27 sentyabra gedən yolu Birinci Qarabağ müharibəsindən və 1994-cü ilin atəşkəsindən sonra ilk dəfə 2016-cı ilin aprel döyüşlərində başladı. Ermənistan Azərbaycanın silahlı qüvvələrini əks hücum əməliyyatları keçirməyə təhrik etdi. Siyasi hərbi irdəmizin sahəyə yansımasını 2016-cı ilin 4 günlük müharibəsində gördük. Ermənistanın o vaxtkı hakimiyyətinin ərazilərimizin işğaldan azad olunmasına söz verməsinə baxmayaraq 2016-cı ilin aprel döyüşlərində bunu etmədi. Nəticə etibarı ilə ordumuz növbəti dəfə Azərbaycanın hərbi əməliyyatlara təhrik edilməsini gözləmək məcburiyyətində qaldı.
Sonrakı mərhələdə Ermənistan silahlı qüvvələri Tovuz hadisələrini həyata keçirdi. Tovuz istiqamətindəki mövqelərimiz atəşə tutuldu. O vaxt Ermənistan müdafiə naziri Tanayan ABŞ-da ianə toplamaq kompaniyası aparıb yeni ərazilər uğrunda, yeni müharibələr konsepsiyasını səsləndirdi. Bu, Ermənistanın Azərbaycana qarşı müəyyən etdiyi yol xəritəsinin elan edilməsi idi. Sonra Azərbaycan silahlı qüvvələri Naxçıvan istiqamətində “Gündüz” əməliyyatları keçirmək məcburiyyətində qaldı. Və biz 27 sentyabrda Tovuz hadisələrindən sonrakı mərhələdə Ermənistanın növbəti təxribatının cavabı olaraq əks hücum əməliyyatına başlamaq məcburiyyətində qaldıq. 2020-ci ilin 27 sentyabrına qədər silahlı qüvvələrimiz adı çəkilən bu əməliyyatlarda özünün döyüş qabiliyyətini, verilən hərbi tapşırıqların yerinə yetirilməsini test etmiş oldu.
Lokal da olsa taktiki səviyyədə müharibələr bir labaratoriydır. Və bizim 2020-ci ilin 27 sentyabrında döyüş hazırlığında olduğumuz keçirilən local əməliyyatlardan bilinirdi. Təbii ki, növbəti mərhələdə Ermənistanın növbəti təxribatını gözləyirdik. Bu, 2020-ci ilin 27 sentyabrında baş verdiyi üçün Azərbaycan yekun olaraq özünün siyasi hərbi hədəflərinə nail olmaq üçün əks hücum əməliyyatları keçirdi.

 

- 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri hərbi müstəvidə mühüm reallıqları ortaya qoymaqla, beynəlxalq ictimaiyyət üçün hansı gerçəkliyi ortaya qoydu və o gündən bəri ölkənizə qaşı hansı münasibət sərgilənməkdədir?

 

- 44 günlük müharibə yaxın tariximiz olduğu üçün bu zəfərin Azərbaycan Silahlı Qüvvələrinin iradəsi sayəsində əmələ gəldi. 44 günlük müharibədə siyasi hərbi hədəflərimizə nail olmağımızı şərtləndirən əsas dörd kompanenti var idi. Bismark deyirdi: sərkərdələr xalqların taleyidir. O səbəbdən biz şanslı olduq. O dörd kompanentin birincisi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş komandanının sərkərdəlik məharəti idi və həm 27 sentyabra qədər ordunun hazırlanması, ardınca əməliyyatların planlanması, həmin sahədə 44 gün müharibələrin idarə olunması, əks hücum əməliyyatlarının, eyni zamanda informasiya cəbhəsində döyüşməklə, bir sərkərdənin ordunu qalibiyyətə gətirmək nümunəsini gördük.

İkinci kompanent -Azərbaycan Silahlı Qüvvələrinin bütün silahlı mənsublarının yüksək səviyyədə döyüş hazırlığına malik olmasından keçdi. Yəni silahlı qüvvələrimizin bütün növlərinə xüsusi təyinatlıların bir Müdafiə Nazirliyinin Baş qərərgahının çətiri altında toplanaraq idarə olunması yeni nəsil müharibələrin aparılması nümunəsi idi. Bunun zirvəsi təbii ki, Birinci Qarabağ Müharibəsindən mərmi tapıb güllə atmağa malik olmayan ordudan, qısa müddətdə dördüncü, beşinci nəsil texnologiyalarla müharibə aparan bir ordu halına gəlmək idi. Eləcə də pilotsuz uçuş aparatları video rejimdə müharibənin idarə olunması nümunəsini ortaya qoydu, Azərbaycanın hansı mərhələni adladığını və silahlı qüvvələrinin döyüş hazırlığını praktiki sahədə göstərə bildi.

Şuşa əməliyyatı da təbii ki, 44 günlük müharibəmizin zirvəsi oldu. Bütün beyin mərkəzləri də müharibəmizi bu səbəbdən incələyir. Anlamağa çalışırlar: 2 min nəfərə yaxın bir şəxsi heyətdə qorunan Şuşa kimi strateji bir şəhər xüsusi təyinatlıların vasitəsilə necə ələ keçirilə bilər. Hərb tariximizdə və digər dediyim bu Pentaqon, Brüssel hərbi akademiyalarında və hərbi beyin mərkəzlərində incələnmə bu səbəbdən oldu. Əslində bunun Azərbaycan ordusunun etdiyinə də çox inanmırdılar. Onlar düşünürdülər ki, bunu Azərbaycan ordusu edə bilməz. Ermənistan özü haqqında reallıqdan uzaq olan elə bir uydurma vəziyyət yaratmışdı ki, sanki Ermənistan müharibənin başlanması ilə Bakıya gələcək, Ermənistan silahlı qüvvələri burda çay içəcəklər.

Qələbəmizin üçüncü kompanenti də təbii ki, xalqımızın siyasi rəhbərliyi, dövlət başçımıza və silahlı qüvvələrimizə dəstəyi idi. Bir fərarinin olmaması belə onu göstərdi ki, Azərbaycan ailələri öz övladlarını mümkün ola biləcək növbəti müharibə üçün necə ruhla hazırlamışdılar. Insanların Səfərbərlik ehtiyatlarına cəlb olunma kifayət qədər idi və bir nəfər də fərarimizin olmaması xalqımızın həm mənəvi olaraq, həm də maddi olaraq əməliyyatlara cəlb olunan şəxsi heyətin dəstəyi idi.

Dördüncü kompanentdə Azərbaycana siyasi və mənəvi dəstək verən dost ölkələrimizin dəstəyi idi. Düşünürəm ki, bizim 44 günlük müharibəmiz Azərbaycanın həm hərb tarixində, həm müharibələr tarixində qısa bir zamanda 30 il işğalda olan ərazilərini azad etməsi faktı olaraq incələnəcək. Təbii ki, 44 günlük müharibədən sonra indi nə qədər də Rusiya sülhməramlılarının Qarabağa yerləşmə niyyətlərinin üzərindən Ermənistan Qarabağda yaşayan ermənilər üzərindən Azərbaycanın siyasi iradəsini qəbul etmək istəməsələr də, görünürdü ki, günün birində anti-terror əməliyyatlarının keçirilməsi labüdlüyü yaranacaq. Bu səbəbdən Azərbaycan bütün mərhələlərdə bəyan edirdi ki, Ermənistan öz hərbçilərini, qeyri-qanuni birləşmələri Qarabağ ərazisindən çıxartmalıdır. O dövr üçün 10-15 minə yaxın əli silahlı qeyri-qanuni birləşmələr ərazilərimizdə mövcud idi. Və Qarabağ ermənilərinə birgə yaşayışı təklif etdiyimiz halda ermənilər artıq 8 noyabrdan sonra təxribatlar törətməyə başladılar. 2023-cü il antiterror əməliyyatlarına qədər də bir çox təxribatlara Azərbaycan səbrlə yanaşmalı oldu. Amma Fərrux Əməliyyatının keçirilməsi ilə Azərbaycan silahlı qüvvələri Ermənistana və Rusiyaya sülhməramlılar kontingentinin rəhbəri göstərdi ki, ərazilərimiz üzərində nəzarəti ələ götürmək Azərbaycanın olmazsa olmazıdır, qırmızı xəttidir. Fərrux yüksəkliyi üzərində ermənilərin nəzarətinin olması Ağdamda hər hansı bir quruculuq, tikinti işlərinin aparılmasında təhdid yaradırdı. Nəzarət Azərbaycan ordusunun üzərində olandan sonra qısa müddət ərzində anti- terror əməliyyatı baş verdi və Sarıbaba, Qırxqız yüksəkliyinə nəzarət də Azərbaycana keçdi. Bununla da Qarabağ ərazisində çox əhəmiyyətli strateji yollar, erməni qeyri-qanuni birləşmələrin hərəkət istiqamətindəki marşrutlar nəzarətimizə götürüldü. Əslində mərhələli şəkildə antiterror əməliyyatlarına gedən halqa daraldılmış olurdu. Halbu ki, o zaman bunun mövcudluğunu beyin mərkəzləri düşünmək belə istəmirdilər. Nəticəsi də təbii ki, Azərbaycanın sonuncu səbrini antiterror tədbirlərinin keçirilməsi ilə daşdıran məsələ Laçın-Şuşa yolunda hərbçilərimizin və polislərimizin şəhid edilməsi idi. Bu hadisə Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri keçirilməsinin olmazsa olduğunu göstərdi. Və Azərbaycan silahlı qüvvələri 24 saat bitmədən erməni qeyri qanuni birləşmələrin tərksilah edilməsinə və ərazini tərk etməsinə nail oldu.

 

 

- 44 günlük müharibədə qazanılarn zəfər ən qüdrətli dövrünü yaşayan Azərbaycanın yaratdığı yeni reallıqlar kontekstində regional liderliyini, qlobal nüfuzunu, beynəlxalq miyqasda mühüm iqtisadi-siyasi aktor kimi artan rolunu şərtləndirən əsas göstəricilər nə ilə bağlıdır, istər hərbi, istər yeni əməkdaşlıqların qurulması kontekstində bunu necə təhlil etmək olar?

 

- Azərbaycan həm 44 günlük müharibədə, həm 1 günlük antiterror əməliyyatında 30 il işğalda qalan ərazilərini azad etməsi ilə suverenliyimizi və müstəqilliyimizi bərpa etmiş oldu. Sərhədlərimizin bərpası, Ermənistanla şərti sərhədlərin üzərindən artıq bütün ərazilərimizə öz nəzarətimizin olması yeni reallıqlar, yeni statuskovo yaratdı. Təbii ki, beynəlxalq güclər də bunu qəbul etmək məcburiyyətində qaldılar. Hansı ki, Fransa kimi bir dövlət ən azı beş dəfə Birləşmiş Millətlər Təşkiltına Azərbaycan haqqında qətnamələrin qəbul edilməsi təklifi ilə çıxış etdilər. Ermənistanı dəstəkləyən lobbiçilik fəaliyyətində olan diasporalar ermənilərin gücü ilə Azərbaycana Qarabağ ermənilərinin üzərinə hər hansı bir sanksiyaların tətbiqinə nail olmaq istəyirdilər. Ən azından sahədə uduzduqlarını beynəlxalq müstəvilərdə öz lehinə çevirmək istəyirdilər. Ancaq bunların heç birinə nail ola bilməmələri Azərbaycanın yanında duran ölkələrin beynəlxalq səviyyədə də gücünün göstəricisi idi. İndinin özündə də onların Azərbaycana təhdidləri davam edir. Azərbaycana iqtisadi sanksiyaların tətbiq olunmasına çalışırlar. Onlar düşünürlər ki, hələ müharibənin o fazası bitməyib. Çünki nəticə etibarı ilə ərazilərimiz də nəzarətimizə keçdi və Azərbaycanı qınayacaq heç bir beynəlxalq qurum Ermənistanı dəstəkləmədi. Burda Ermənistanı dəstəkləyən beyin mərkəzləridir ki, bunların heç birini özlərinə bağışlaya bilmirlər.

 

- Bu gün ABŞ-ın, Fransanın Ermənistanı silahlandırması, böyük maliyyə yardılmları verilməsi, keçirlən hərbi təlimlər, Avropa missiyasının regionda yerləşməsi regionla bağlı prosesə hansı təsirini göstərməkdədir və sülhün bağlanmasına hansı təsirlərini göstərir?

 

- Bu günlər yenə də antiterror tədbirlərinin keçirilməsi mərhələsindəyik. Çünki artıq Ermənistnla sülh sazişinin danışıqları mərhələsini keçmişik. Bu mərhələdə Ermənistanın ərazisini öz “təhlükəsizlik” çətiri altına keçirmək istəyən və gələcəkdə özlərinin strateji maraqlarına xidmət edəcək ərazilər kimi saxlamağa çalışan ölkələr var. Əvvəlcə Rusiya dedi ki, hələ də 102-ci bazası- Federal sərhəd xidmətin hərbçiləri Ermənistanın ərazisindədir. Təbii ki, qlobal güclərin Ermənistan üzərindən öz strateji maraqlarını bu ərazilərin nəzarətdə alınması, gələcəkdə Zəngəzur dəhlizinin dividentlərini Ermənistana qazandırıb sonradan onu dəstəkləyən ölkələrin kreditlərinin qarşılığında maliyyə vəsaitlərini iqtisadi resurslarla dövr etmək istəyi bu prosesin başlanğıcındadır. Amma region ölkələrinin də bu məsələlərə yanaşmasını Ermənistan bir az görməzdən gəlir. Region ölkələri, xüsusən Azərbaycanın, Türkiyənin, İranın, Rusiyanın yanaşması ondan ibarətdir ki, mövqeləri nəzərə alınmadan, birtərəfli qaydada Ermənistanın silahlanması və gələcəkdə bunun region ölkələrini müharibə vəziyyətinə gətirmək arzuolunmazdır və bu istiqamətdə siqnallar verilməkdədir. Azərbaycan da indi regionun ən güclü, ən azından Cənubi Qafqazda ən güclü orduya malik bir ölkə olaraq daimi siyasi mesajlarını verir. Ermənistan çox həvəslənmədən o dönüşü etməlidir. Amma görünən odur ki, Ermənistan davamlı olaraq ABŞ, Fransa, hərbçilərlə, Avropa İttifaqı mülki missiyası arasında olması səbəbilə bir az fərqli yol xəritəsi seçib. Yəni bu, region ölkələrinin iradəsi xaricində hər hansı bir müharibə, yaxud konfliktə gətirə biləcək vəziyyətləri konkretləşdirir.

 

- Bu gün yalan məlumatlar tirajlamaqla İran və digər ölkələrlə münasibətlərimizi pozmaq istəyənlər kimlərdir və Azərbaycana qarşı yönələn dezinformasiyalarin arxasında nə dayanır?

 

-Azərbaycanla İsrailin müttəfiqlərinin üzərində qısqanclıq yaradaraq İranla Azərbaycanın münasibətlərini hər hansı bir konflikt halına gətirmək istəyənlər Ermənistanı dəstəkləyən qüvvələrdir. Azərbaycanda heç bir ölkənin hərbi bazası olmadığı halda İsrailin hərbi bazalarının mövcudluğu əsas gətirilir. İranın Azərbaycana qarşı müharibə vəziyyəti elan etməsini informasiya cəbhəsində hallandırırlar. O da İran tərəfindən nə təsdiq, nə təkzib olunmur. Fikir bildirməsə də Azərbaycanın, Türkiyənin münasibətlərinə də xələl gətirəcək informasiyalar, məlumatlar tirajlanır, müzakirə mövzusuna çevrilir. Bu da arzuolunmaz məsələlərdəndir. Eləcə də Ermənistanı dəstəkləyən qüvvələrin Azərbaycanla Rusiyanın münasibətlərinin kəskinləşməsinə doğru atılacaq addımlarla informasiya tirajlamağa çalışırlar. Yəni çox istiqamətlərdən, ağıla gələn-gəlməyən səbəblərdən Azərbaycanı qonşu dövlətlərlə müharibə vəziyyətinə gətirmək və Ermənistanla müharibəyə təhrik etmək planları mövcuddur. Çünki Azərbaycanın iqtisadi sabitliyi, hərbi gücü var və bəzi beyin mərkəzləri onu həzm edə bilmir.
Düşünürəm ki, Ali Baş komandnımız çevrəmizdə, beynəlxalq siyasətdə, regionda baş verənlərin fərqində olduğu üçün prioritetləri COP 29-un keçirilməsi və sonrakı mərhələdə regionun təhlükəsizliyinin təminatının yalnız güclü olmaqdan keçəcəyini dəfələrlə bəyan edib. Bütün zamanlarda vurğuladığı kimi, əsas prioritet məsələ bundan sonra həm Ermənistan, həm də digər qonşularımızla münasibətlərin Azərbaycanın siyasi, iqtisadi, hərbi gücünün ən yüksək səviyyədə olmasından keçəcəyini göstərir.

 

- Azərbaycan 44 günlük savaşda yalnız öz gücünə, güclü milli iqtisadiyyata söykənərək regiona sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirib. Xarici güclərin bu sabitliyi pozaraq yeni müharibə yaratmaq cəhdi baş tuta bilərmi?

 

- İndi digər qüvvələr, xüsusən NATO blokuna daxil olanlar ABŞ-ın moderatorluğunda Ermənistan ərazilərini öz nəzarətlərinə götürmək istəyirlər. Öncə təhlükəsizliyin təminatına nəzarətini əllə keçirib, ikinci mərhələdə Ermənistanın silahlandırılması və gələcəkdə bu ərazilərin Rusiya-Ukrayna müharibəsi fonunda regiondan çıxarmaq niyyəti güdülür. Artıq regionun ABŞ-ın, Fransanın, NATO-nun silahlı qüvvələrinin nəzarəti altında olacaq bir bölgəyə çevrilməsinin toxumlarını əkirlər. Ermənistan da buna bir az həvəslənir, cəsarətlənir. İndi hərtərəfli silahlndırmanın həyata keçirilməsi ilə mümkün ola biləcək və gələcəkdə 3-cü müharibəyə hazırlığını həyata keçirir. Qlabal güclər də bir az maraqlıdılar. Çünki Ermənistanın keçdiyi bu yolun nümunələri var. Öncə Gürcüstanla Rusiyanı qarşı-qarşıya gətirdilər, sonra Moldovanı…Bu səbəbdən artıq Ermənistan dördüncü ölkə olaraq həvəslənir ki, Rusiya, yaxud İranla Azərbaycanı hər hansı bir fosmajor halında yeni münaqişə bölgəsinə çevirsinlər. Yəni Ermənistan poliqon olaraq buna hazırdır. Bir də qalır qlobal güclərin, o dediyim dünyanı yenidən bölüşdürən qüvvələrin Ermənistan ərazisində qarşı-qarşıya gəlməsi. Amm Ermənistan bu addımların arxasında mümkün ola biləcək nəticələrə də hazır olmalıdır.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb

Kremldən ABŞ-yə ÇAĞIRIŞ

"Formula-2" yarışına start verildi

AFFA-nın İcraiyyə Komitəsi toplaşır

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Yeni tələbələrin NƏZƏRİNƏ

"O, şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşı idim"

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

“Formula-1″lə əlaqədar sürücülərə MÜRACİƏT

Yeni Günəşlidə sakinlər şikayətçidirlər

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək