"Bozun 50 çaları" filminin ulduzundan məyusedici xəbər

08:49 17-08-2024 | icon 519 | Şou-biznes
"Bozun 50 çaları" filminin ulduzundan məyusedici xəbər

34 yaşlı amerikalı aktrisa Dakota Conson və 47 yaşlı müğənni Kris Martin 7 illik münasibətdən sonra ayrılıblar.

 

Bu barədə "Daily Mail" məlumat yayıb. Qeyd olunur ki, "Coldplay" qrupunun solisti ilə "Bozun 50 çaları" (50 Shades of Grey) filminin ulduzunun nişanlanmaları barədə yalnız 2024-cü ilin martında məlum olub.

 

Nəşrin mənbəsinin məlumatına görə, ulduz cütlük indi münasibətin bitdiyini qəbul edib və ayrılmağa qərar verib.

 

Xüsusilə qeyd olunur ki, Conson Martinin qrupunun "Music of Spheres" turunun Avropa mərhələsi zamanı onunla birlikdə olmayıb.

 

Bundan əlavə, ekran ulduzu bu yaxınlarda Malibuda nişan üzüyü olmadan görüntülənib. Müğənninin tam olaraq nə vaxt evlilik təklifi etdiyi bəlli olmasa da, aktrisa 2020-ci ildən bəri barmağına üzük taxmağa başlayıb. Mart ayında "Page Six"in insayderləri cütlüyün altı ildir nişanlı olduqlarını bildiriblər.

 

Xatırladaq ki, Kris Martin 2017-ci ildə müğənninin 20 yaşlı qızı Epplin və 18 yaşlı oğlu Mozesin anası Qvinet Peltroudan boşandıqdan sonra Dakota ilə görüşməyə başlayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Prezidentdən mühüm MESAJLAR

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ

Şuşada 32 ildən sonra İLK TOY

Röya “Yakışıklım” dedi