Maestronun doğum günüdür

11:02 20-08-2024 | icon 444 | Mədəniyyət
Maestronun doğum günüdür

Bu gün maestro Niyazinin anadan olmasından 112 il ötür.

 

Azərbaycanın Xalq artisti Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1912-ci il avqustun 20-də Tbilisi şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olub.

 

Çox kiçik yaşlarından ətrafında məşhur xanəndələr görən Niyazidə də musiqiyə böyük maraq oyanıb. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda alıb, lakin sonra təhsilini davam etdirmək üçün Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərinə gedib.

 

SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Lenin komsomolu laureatı, Beynəlxalq Nehru mükafatı laureatıdır. Niyazinin ifaçılıq fəaliyyəti daha çox Opera və Balet Teatrı ilə bağlıdır. O, 1937-48, 1951-52-ci illərdə teatrın dirijoru, bədii rəhbəri və baş dirijoru olub. 1979-cu ildən filarmoniyanın direktoru vəzifəsində çalışıb.

 

"Xosrov və Şirin" operasının (1942), "Zaqatala" süitasının (1934), "Qaytağı" (1939), "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik muğamının (1949), "1920-ci ildə" opera-kantatasının, simfonik orkestr üçün "Rəqs" süitasının, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı "Çitra" baletinin (1962) və bir çox musiqi əsərlərinin müəllifidir.

 

Görkəmli dirijor 1958-ci ildən ömrünün sonuna qədər Bakıda Bülbül prospekti, 21 ünvanındakı mənzildə yaşayıb. 1984-cü il avqustun 2-də vəfat edib.

 

Niyazinin yaşadığı mənzil ümummilli lider Heydər Əliyevin xüsusi təşəbbüsü ilə muzeyə çevrilib və 1994-cü il sentyabrın 18-də mənzil-muzey fəaliyyətə başlayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bir şəklin TARİXÇƏSİ

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

“44 günlük dastan”dan danışdılar

Bakıdakı güclü yanğın nəzarətə GÖTÜRÜLDÜ

İran Azərbaycana hücum edə bilərmi?

Biləcəridə YANĞIN

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Nəsrullah belə öldürüldü

Rusiyanı daimi təhlükə kimi tanımağa ÇAĞIRIŞ

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Cəbrayıla növbəti köç karvanı yola düşdü

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI