Putindən sürpriz AÇIQLAMA

07:09 21-08-2024 | icon 267 | Siyasət
Putindən sürpriz AÇIQLAMA

Moskva “ərazilərimizin alındığı” xəritələri Bakıya verir?

 

Azərbaycan və Ermənistan arasında delimitasiya-demarkasiya prosesi müəyyən fasilələrlə davam edir. Rusiya Prezidenti Vladimir Putin Bakıdakı çıxışı zamanı bu məsələ toxunub və Moskvanın prosesə töhfə verməyə hazır olduğunu bildirib.

 

Məlum olduğu kimi, sovet dövründə bir sıra ərazilər əkin-otlaq sahələri adı altında Ermənistana verilib. Putinin sözügedən açıqlaması isə Rusiyanın Azərbaycan-Ermənistan sərhədi ilə bağlı həmin xəritələri ortaya çıxarmasını gündəmə gətirib.

 

Mövzu ilə bağlı Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli deyib ki, Kreml əlindəki xəritələri yalnız maraqlarına uyğun formada meydana çıxara bilər:

 

“Sovet dövrünə aid bir neçə xəritə var. Bu xəritələr zaman-zaman Azərbaycan torpaqlarının Ermənistana verildiyi və ondan əvvəlki vaxtları özündə əks etdirir. 70 illik dönəmdə yeni xəritələrin hazırlanması məhz sovet Rusiyasının nəzarəti altında baş vermişdi. Rusiya istəsə, Azərbaycanın əleyhinə, Ermənistanın lehinə olan xəritələri də ortaya çıxara bilər. Azərbaycan torpaqlarının Ermənistan SSR-yə hədiyyə edildiyi və ondan öncəki vəziyyət tamamilə fərqli olmuşdu.

 

 

Hazırda rəsmi Moskva Bakının haqlı mövqeyini müdafiə edir. Ona görə də xəritələrin Bakının lehinə gündəmə gətirilməsi istisna deyil”. /globalinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb

Kremldən ABŞ-yə ÇAĞIRIŞ

"Formula-2" yarışına start verildi

AFFA-nın İcraiyyə Komitəsi toplaşır

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Yeni tələbələrin NƏZƏRİNƏ

"O, şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşı idim"

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

“Formula-1″lə əlaqədar sürücülərə MÜRACİƏT

Yeni Günəşlidə sakinlər şikayətçidirlər

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək