Akkreditasiya üçün müddət BAŞA ÇATDI

08:13 22-08-2024 | icon 202 | Siyasət
Akkreditasiya üçün müddət BAŞA ÇATDI

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi müddəti başa çatıb.

 

Versus.Az xəbər verir ki, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.3-cü bəndinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən azı 10 gün qalanadək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.

 

Seçki qanunvericiliyə əsasən, “exit-poll” keçirmək niyyətində olan təşkilatlar səsvermə gününə azı 20 gün qalmış akkreditasiyadan keçmək barədə MSK-ya yazılı müraciət təqdim etməlidirlər. Seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası qaydalarına görə, hər bir yazılı müraciətə, onun daxil olduğu gündən başlayaraq 10 gün müddətində MSK tərəfindən baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçib-keçməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.

 

Təqvin Planında “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi prosesi üçün müddət avqustun 22-dək müəyyən edilib.

 

Qeyd edək ki, MSK-nın avqustun 12-də keçirilən iclasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının “ORACLE ADVISORY GROUP” (Amerika Birləşmiş Ştatları) təşkilatı, “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyinin isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birlikdə parlament seçkilərində exit-poll keçirmələri üçün akkreditasiyaları barədə qərar qəbul edib. MSK-nın avqustun 16-da keçirilən iclasında isə Sosioloji Tədqiqatlar Mərkəzinin exit-poll keçirməklə bağlı müraciəti səsverməyə çıxarılaraq qəbul olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

Seluelit deyib keçirik, əslində isə...

Olimpiya çempionu olan cüdoçulara HƏDİYYƏ

Kəlbəcərin İstisu qəsəbəsi belə olacaq

Onlar üçün keçiriləcək imtahanın VAXTI

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

Valideynlərin NƏZƏRİNƏ

Sosial şəbəkədə olan bütün görüntülər ARAŞDIRILACAQ

Əhaliyə hava XƏBƏRDARLIĞI

Noyabrdan sonra Azərbaycanda gözlənilən mühüm HADİSƏ

9 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ

Azərbaycan onun qoyduğu siyasi kursla irəliləyir

Əli Əsədovdan nazirliklə bağlı yeni QƏRAR

Prezidentdən mühüm MESAJLAR

Onlara veriləcək kompensasiya MƏBLƏĞİ