“Azərbaycan-Rusiya əməkdaşlığı Qafqazda təhlükəsziliyi qorumaq üçün mühüm amildir”

14:05 22-08-2024 | icon 266 | Siyasət
“Azərbaycan-Rusiya əməkdaşlığı Qafqazda təhlükəsziliyi qorumaq üçün mühüm amildir”

Tofiq Abbasov: “Azərbaycanın reallıqda özünü doğruladn çox vektorlu siyasəti var"

 

"Vladimir Putinin Azərbaycana rəsmi səfəri böyük əhəmiyyətə malikdir. Bu gün bölgədə gedən mühüm qlobal prosesləri nəzərə alsaq, bu, iki ölkənin bölgədə birgə hərəkət etməsi zərurətini yaradır".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi şərhçi Tofiq Abbasov bildirib.

 

Ekspert hesab edir ki, Qlobal məsələlər - enerji layihələri, Rusiyanın cənub istiqamətində fəallaşması, Ermənistan-Azərbaycan arasında gedən proseslər  Azərbaycan, Rusiya diplomatiyasının birgə fəaliyyəti mühüm əhəmiyət kəsb edir:

 

“Azərbaycan onsuz da öz imkanları çərçivəsində bölgədə sülhün dərinləşməsinə, təhlükəsziliyin, sabitliyin qorunmasına əməli dəstək göstərir. Buna görə ölkəmizə heç kəs iradını bildirə bilməz.  Əksinə, Azərbaycan 3+3 formatını orataya qoymaqla məhz 6 ölkənin birgə fəaliyyətini gündəmə gətirdi. Bu, ümumilikdə Qafqazda olan bütün ölkələrin 3+3 formatında öz səyləri ilə problemləri həll edib kənar qüvvələri bölgəyə buraxmaması niyyəti ilə ortaya atılan layihədir. Lakin görünən odur ki, bu gün ABŞ, Avropa İttifaqı, Fransa və digər ölkələr Azərbaycanın sülhün bərpa edilməsi və digər istiqamətlərdəki fəaliyyətini dayandırmaq üçün çalışır, öz çirkin niyyətlərini həyata keçirmək üçün cəhdlər edir. Belə bir şəraitdə bölgə dövlətlərinin fikirləri üst-üstə düşməlidir. Çünki əgər Qərb, Avropa bölgəyə gəlmək istəyirsə, heç də buradakı dövlətlərin -Azərbaycanın, Ermənistanın, İranın, Rusiyanın, Gürcüstanın, Türkiyənin istəklərini nəzərə almayacaq. Qərbin bu bölgə ilə bağlı öz planları var və Ermənistandan plastarm kimi istifadə etməyə çalışır. Eyni zamanda sirr deyil ki, ABŞ -ı bölgə ilə bağlı düşündürən əsas məsələ Çin məsələsi, dəhlizlər, tranzitlər, bazarlardır. Qərb qütbü bilərəkdən dünya nizamını pozur, onu çökdürüb başa keçmək niyyətini güdür. Buna imkan vermək olmaz. Məhz belə bir fonda Azərbaycan-Rusiya əməkdaşlığı bölgədə sülh, təhlükəsziliyi qorumaq üçün mühüm amildir”.

 

T.Abbasov Putinin görüşdə Rusiya ilə Azərbaycan arasında mal dövriyyəsinin 4 milyardı aşması ilə bağlı dediyi fikirləri təsadüfi saymayıb. Onun sğzlərinə görə, eləcə də 1200 dən artıq investisiya ilə işləyən Rusiya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi, Azərbaycan şirkətlərinin Rusiyadakı fəaliyyəti və bu istiqamətdə işlərin genişləndirilməsi ilə bağlı deyilən sözlər qarşılıqlı maraqlardan xəbər verir.

 

Ekspert ümumən görüşün uğurla keçdiyini qeyd edib:

 

“Azərbaycanın reallıqda özünü doğruladn çox vektorlu siyasəti var. Biz ilk növbədə bərəbər hüquqlu tərəfdaşlığın tərəfdarı, iştirakçısıyıq. Və belə əlaqələrin qurulmasını hər kəsdən tələb edirik. Bu məqam, görüşdə bir daha Rusiya-Azərbaycan münasibətləri fonunda bəyan edildi. Görüşdə 6 sənd imzalandı. Onlardan üçü memorandum, digəriləri başqa tipli razılaşmalardır ki, bunlar öz müsbət nəticələrini yaxın zamanlarda göstərəcəklər”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

Seluelit deyib keçirik, əslində isə...

Olimpiya çempionu olan cüdoçulara HƏDİYYƏ

Kəlbəcərin İstisu qəsəbəsi belə olacaq

Onlar üçün keçiriləcək imtahanın VAXTI

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

Valideynlərin NƏZƏRİNƏ

Sosial şəbəkədə olan bütün görüntülər ARAŞDIRILACAQ

Əhaliyə hava XƏBƏRDARLIĞI

Noyabrdan sonra Azərbaycanda gözlənilən mühüm HADİSƏ

9 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ

Azərbaycan onun qoyduğu siyasi kursla irəliləyir

Əli Əsədovdan nazirliklə bağlı yeni QƏRAR

Prezidentdən mühüm MESAJLAR

Onlara veriləcək kompensasiya MƏBLƏĞİ