Rusiyanın Azərbaycandan verdiyi MESAJLAR
Bəhruz Quliyev: “Putin Qafqaza doğru atılan o revanşist addımlara STOP dedi”
Regionun gündəmi Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri və orada müzakirə olunan məsələlər, verilən mesajlar müstəvisində qaynayır. Rusiya prezidentinin regionla bağlı çıxışları bu ölkəni Ermənistan vasitəsi ilə sıxışdırmaq istəyən Qərbin, Avropanın müəyyən dairələrinə növbəti dərsini vermis oldu. Eləcə də Ermənistana verilən tövsiyyələr regionda yeni münaqişə ocağının yaradılmasına qarşı Rusiyanın mövqeyini anlatmış oldu. Ümumilikdə Ruisya prezidentinin Azərbaycana səfəri, Azərbaycan Prezidenti ilə keçirdiyi görüşlər, aparılan müzakirələrin əhəmiyyəti, verdiyi vədlər birmənalı qarşılanmır.
Versus.Az xəbər verir ki, bu istiqamətdə şərh verən siyasi analitik Bəhruz Quliyev Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərini əlamətdar və yaddaqalan hesab edib. Onun fikrincə bu, rəsmi dövlət səfəri olsa da, görüşlər eyni zamanda işgüzar müstəvidə keçib. Eyni zamanada bildirib ki, Prezidentin V,Putini evdə səmimi qəbulu göstərdi ki, bu görüş səmimiyyət, qarşılıqlı hörmət və əsrlərlə qurulmuş münasibətlər fonunda baş tutub. Ekspert bu məqamın xüsusilə da görüşə müsbət məna verdiyini qeyd edib.
B.Quliyev Vladimir Putinin Azərbaycana səfərini hər iki dövlətin, xalqın maraqlarına uyğun müsbət mənada yadda qaldığını qeyd edib. Onun sözlərinə görə, Putinin Azərbaycana səfəri eyni zamanda Ermənistana və Ermənistanın arxasında duran qüvvələrə “bu məsələni region dövlətləri həll edəcək” mesajını verdi və ermənilərə barmaq silkələdi. Ermənistana 2020-ci ildə imzalanan bəyannaməyə hörmətlə yanaşmağı tövsiyə etdi. Bu, Fransa, Amerika və digər dövlətlərin, eləcə də digər görünməyən revanşist qüvvələrin regionla bağlı istəklərini yini alt-üst etdi.
B.Quliyev prezidentlərin ikitərəfli bəyanatlarda çox vacib məsələlərin müzakirə olunduğunu qeyd edib. O, həm dəmir yol xəttinin, həm də avtomobil yolunun bərpasını nəzərdə tutan Şimal Cənub layihəsinin həyata keçirilməsi üzərində dayanılmasını, Putinin bu layihələrin ölkələrimizi Hind Okean ölkələrinə qədər çıxardığını bildirməsini mühüm məqam olaraq önə çəkib:
“Hər iki dövlət başçısının fikirləri Şimal-Cənub layihəsi, eyni zamanda Qafqazda sabitliyin bərqərar olunması uğrunda dediyi fikirlərlə diqqət çəkir. Qafqazda sülh və sabitlik region dövlətləri üçün vacibdir. Rusiya prezidenti 2020-ci ildə üçtərəfli Bəyannamədə göstərilən bəndlərin həyata keçməsi istiqamətində çalışmaların artırılmasını qeyd etdi. Yəni dolayısı ilə Putin bəyan elədi ki, Ermənistan tərəfi verdiyi sözə, atdığı imzaya məsuliyyətlə yanaşmalıdır. Və öz davranışlarını Qafqazda sülhün bərpa olunmasına və sülhə yönəlik aparmalıdır”.
B.Quliyev mövcud reallıqda bir çox kənar, əlavə qüvvələr var ki, Qərbin istəyinə uyğun olaraq Qafqazda münaqişəni qızışdırmaq məqsədi güdür. Bütün bunlar Qafqazda sülhü gecikdirir. Bəlli qüvvələr Ermənistanı hərbi, siyasi, maddi baxımdan münaqişənin qızışdırılmasına, yeni münaqişə ocağının alovlandırılmasına hazırlayır. Bu da region dövlətlərini qane eləmir:
“Görünən budur ki, görüşdə önə çəkilən birinci məsələ bütün region dövlətlərinin sülh istəyi ilə bağlıdır. Putin Qafqaza doğru atılan o revanşist addımlara, münaqişə yaratmaq istəyənlərə STOP dedi. Bu o deməkdir ki, Qafqaza digər dövlətlər müdaxilə edə bilməz. Əgər Qafqazda hər hansı problem varsa Qafqaz dövlətləri özü məsələni danışıqlar yolu ilə həll edəcəklər. Sülhü də Qafqaz dövlətləri özləri bərqərar edəcəklər. Putinin səfəri zamanı ortaya qoyulan bu, nüansalar Qərbə bir mesaj idi. Xüsusilə, Amerikaya bir mesaj idi ki, Qafqazda söz sahibi regionun super dövlətlərdir, kənar qüvvələr artıqdır. Bu bir növ həm də Qafqaza cavabdehliyi daşıyan dövlətlərin nümunəsini göstərdi və bəyan etdi ki, burda cavabdeh bizik”.
B.Quliyev bu səfərdə eyni zamanda qarşılıqlı iqtisadi ticari əlaqələrin genişlənməsi istiqamətində növbəti məsələlərin də müzakirə olunduğunu vurğuladı. Görüşdə Azərbaycanın Rusiyaya yatırdığı investisiyanın ötən il ərzində 4 milyarda çatdığı qeyd olundu:
“Putin “biz bu rəqəmləri bir az da artıracağıq” dedi. Müəyyən rus şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin də Rusiyada fəaliyyətini genişləndirəcəyi barədə sözlər deyildi. Yəni bütün bunlar göstərir ki, qarşılıqlı iqtisadi ticari əlaqələrin də genişlənməsi istiqamətində addımlar atılır. Bu isə hər iki dövlət maraqlarına uyğundur”.
T.Qafarlı
versus.az
Xəbər lenti
Moskvanın mərkəzində baş verən atışmadan XƏBƏR VAR
Hadisdə yaralanan və ölənlərin sayı artıb