"Ermənistanın cəzalandırılması Putinin gündəliyində var, amma..."
Əli Mustafa: "Şimal-Cənub dəhlizinin müzakirəsi mühüm əhəmiyyət daşıyır"
“Rusiya rəsmisi Azərbaycandan regiona dişini qıcıyan Qərbə, Avropaya və Ermənistana öz mesajlarını verdi”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Əli Mustafa bildirib. O, Rusiya prezidentinin Azərbaycana rəsmi səfərinin bir sıra səbəblərdən dolayı reallaşdığını qeyd edib. Onun sözlərinə görə, indiki təcrid vəziyyətində Rusiya prezidentinin Azərbaycana gəlişi həm Putin, həm də Rusiya üçün əhəmiyyətlidir.
Politoloq hesab edir ki, indiki vəziyyətdə Rusiya prezidentinin gedəcəyi ölkələr çox da geniş coğrafiyanı əhatə etmir. Ona görə də, Putinin Azərbayacana gəlmək şansı, fürsəti onun beynəlxalq münasibətlər sisteminə çıxışını təmin edir.
Ə.Mustafa eyni zamanda bildirib ki, bu səfərdə müzakirə olunan Şimal-Cənub dəhlizi mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, dəhlizin işə düşməsi Rusiya üçün maraqlıdır və bunun üçün müəyyən addımların atılmasının lazımlığı, layihənin başa gəlməsi üçün təqribən 120 milyon dollar pul xərclənəcəyi barədə fikirlər var.
Ekspert hesab edir ki, Kursk vilayətinin bəlli bir hissəsi işğal olunandan sonra Rusiyanın Avropaya qaz ixrac etməsində problemlər yaranıb:
“Böyük ehtimalla Rusiya qazının Avropa ölkələrinə nəql olunması üçün Azərbaycandan dəstəyin verilməsi istənilsin. Eləcə də Cənubi Qafqazadakı vəziyyət, Ermənistan üzərindən Qərbin Qafqaza ekspansiyasına qarşı atıla biləcək addımlar da müzakirə olunmaqla müəyyən mesajlar verildi. Təbii ki, Ermənistanın cəzalandırılması Putinin gündəliyində var, amma bunun üçün tələsmir. Görüş zamanı Putin regionda sülhün yaradılması istiqamətində də Ermənistana öz mesajlarını verdi”.
Ə.Mustafa Rusiya-Azərbaycan arasında strateji müttəfiqlik əlaqələrinə diqqət çəkib. Onun fikrincə, bu səfər bu münasibətlərin gerçək məzmun daşıdığını ifadə etdi:
“Rusiyanın içində olduğu gərgin vəziyyətdə ölkə başçısı Putinin Azərbaycan gəlişi bir qədər də gərginliyinin azaltması üçün ona bir imkan yaratmış oldu. Hər halda Rusiya prezidenti üçün bu səfər müsbət haldır. Bu görüşdə Rusiya rəsmisi Azərbaycandan Ermənistana, regiona dişini qıcıyan Qərbə, Avropaya öz mesajlarını verdi".
LƏMAN
Xəbər lenti
“Seçkinin nəticələrini tanımamaq çağırışı gülüncdür”
“Bu, onların nə qədər qeyri-ciddi siyasi fiqur olmalarnın göstəricisidir”