"Bu mesajlar Ermənistana da verildi”
Emin Həsənli: “Görüş Azərbaycanın apardığı siyasətin əsas qayəsində duran məqamları ortaya qoydu”
"Rusiya prezidentinin Azərbayan səfəri dünyada və regionda gedən proseslər baxımından çox gərgin dövrə təsadüf etməklə yanaşı, mühüm mesajlar verdi".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında hərbi-siyasi ekspert Emin Həsənli bildirib.
Onun sözlərinə görə, Azərbaycan Rusiya prezidentini qəbul etməklə bir daha qonşu ölkələrlə dostluq, qardaşlıq, ikitərəfli, çoxtərəfli tərəfdaşlıq, müttəfiqlik və sülh şəraitində əlaqələr qurmaqla regionun inkişafında maraqlı olduğunu göstərdi:
“Eyni zamanda Azərbaycan Rusiya prezidentini öz evində qəbul etməklə bir daha hər kəsə göstərdi, müstəqil dövlətdir və bütün dövlətlərlə qarşılıqlı hörmət, tərəfdaşlıq şəraitində fəaliyyət qurur, heç kəs onun daxili işinə qarışa, apardığı siyasətə müdaxilə, təsir edə bilməz. Eləcə də Rusiyanın Azərbaycanla qonşu, müttəfiqlik münasibətlərinin olduğu önə çəkilməklə, regionda sülhün, qarşılıqlı iqtisadi əlaqələrin yüksəlişində maraqlı olanlarla bir addımlayacağını bəyan etdi. Bu mesajlar Ermənistana da verildi”.
E.Həsənli bildirib ki, Azərbaycan Rusiya ilə iqtisadi əlaqələrini genişləndirməklə yanaşı, həm də bölgədə sülhün bərqərar olmasına öz töhfələrini vermək istəyir. Azərbaycan milli və dövlət maraqlarına uyğun olaraq hansısa bloklara qoşulmur, hansısa ölkənin yanında durub, kimisə qarşısına alımır. Və bu görüş Azərbaycanın apardığı siysətin əsas qayəsində duran məqamları bir daha ortaya qoydu:
“Bu gün Ermənistanda həm Rusiyanın, həm də Amerikanın orduları var. Azərbaycanda heç bir dövlətin ordusu yoxdur və öz təhlükəsizliyini özü qoruyur. Azərbaycan bütün sülhpərvər ölkələrlə çox normal əməkdaşlıq edir. Azərbaycan bu mövqeyinə görə digər ölkələr üçün bir nümunədir. Avropa, Qərb özü bundan öyrənməli və regionda sülhə, inkişafa dəstək verməlidir”.
T.Qafarlı
Xəbər lenti
Yenə geomaqnit qasırğası olacaq
Geomaqnit qasırğası iki gün davam edəcək