Sürücülük vəsiqəsindəki YENİLİK barədə RƏSMİ
Azərbaycanda sürücülük vəsiqələrində yenilik edilib. Artıq vəsiqələrin üzərində "eynək" işarəsi olacaq. Bu işarə sürücünün görmə qabiliyyətinin zəif, eynək taxmağın məcburi olduğunu bildirir. Yeni nəsil sürücülük vəsiqələri bu həftədən etibarən verilməyə başlayıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev milli sürücülük vəsiqəsinin yenilənməsi ilə bağlı yayılan məlumatla əlaqədar onu qeyd edib ki, qanunvericiliyin tələbinə əsasən, sənədin hazırkı nümunəsində hər bir kateqoriya (altkateqoriya) haqqında əlavə məlumat və ya məhdudiyyətlər, o cümlədən eynəklə idarəetməyə dair qeyd olur. Onun sözlərinə görə, eynəklə idarəetməyə dair qeyd, əvvəlki nümunədə yalnız yazılı şəkildə olurdusa, 2020-ci ildən sonra verilən sürücülük vəsiqələrində bu məlumat yazı ilə yanaşı, həm də "eynək" stikeri ilə göstərilir.
Xəbər lenti
Moskvanın mərkəzində baş verən atışmadan XƏBƏR VAR
Hadisdə yaralanan və ölənlərin sayı artıb