Meymunçiçəyi ilə mübarizə üçün lazım olan MƏBLƏĞ

08:15 24-08-2024 | icon 438 | Sağlamlıq
Meymunçiçəyi ilə mübarizə üçün lazım olan MƏBLƏĞ

Meymunçiçəyi (mpox) ilə mübarizə altı ay ərzində 135 milyon dollar maliyyə tələb edəcək.

 

TASS yazır ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.

 

Cenevrədə diplomatik brifinqdə çıxış edərkən, o, "mpox"un yayılması ilə mübarizə üçün hərtərəfli və əlaqələndirilmiş beynəlxalq reaksiyanın lazım olduğunu bildirib.

 

ÜST-nin qlobal ictimaiyyətə maliyyə yardımı üçün müraciəti gələn həftənin əvvəlində dərc olunacaq.

 

"Biz donorları lazımi resursları təqdim etməyə çağırırıq və bununla bağlı artıq ÜST və digər tərəfdaşlara söz verənlərə təşəkkür edirik", - ÜST rəhbəri qeyd edib.

 

Onun sözlərinə görə, ÜST 2024-cü ildə "mpox" ilə mübarizə üçün fövqəladə ehtiyat fondundan təxminən 1.5 milyon dollar ayırıb və yaxın günlərdə donor maliyyəsi gələnə qədər bu məqsədlə daha çox vəsait ayırmağı planlaşdırır.

 

Qebreyesus xatırladıb ki, 2022-ci ildən başlayaraq qlobal "mpox" epidemiyası nəticəsində ÜST-ə 100 mindən çox təsdiqlənmiş xəstəlik hadisəsi barədə məlumat verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb

Kremldən ABŞ-yə ÇAĞIRIŞ

"Formula-2" yarışına start verildi

AFFA-nın İcraiyyə Komitəsi toplaşır

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Yeni tələbələrin NƏZƏRİNƏ

"O, şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşı idim"

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

“Formula-1″lə əlaqədar sürücülərə MÜRACİƏT

Yeni Günəşlidə sakinlər şikayətçidirlər

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək