"Bu, regionda təhlükəli proseslərin gedişindən xəbər verir"

13:25 23-08-2024 | icon 314 | Müharibə
"Bu, regionda təhlükəli proseslərin gedişindən xəbər verir"

Şair Ramaldanov: “Ermənistan silahlanırsa, deməli havadarlarının sifarişini yerinə yetirəcək”

 

“Ermənistanın təxribatları havadarların hazırladığı ssenarilər əsasında baş verir. Belə təxribatların davam etməsini istisna etmirəm”.

 

Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Şair Ramaldanov Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutması ilə bağlı törətdiyi təxribatlarla bağlı bildirib.

 

Ş.Ramaldanov Azərbaycan-Ermənistan şərti sərhəddində atəşkəsin pozulmasının adi hala çevrildiyni qeyd edib. Onun sözlərinə görə, Ermənistanın tutduğu bu kurs, regionda ABŞ, Fransa, Avropa İttifaqının maraqlarını təmin etmək üçün etdiyi çabalardır. Ekspert hesab edir ki, Fransanın, ABŞ-ın regionda aktivləşməsi Ermənistanın yeni havadarlar axtarışına çıxmasının nətcəsisidr. Bu, regionda təhlükəli proseslərin gedişindən xəbər verir:

 

“Ermənistanın bu mövqeyi Suriya və Ukraynada gedən proseslərin ona transfer etməsini şərtləndirir. Regionda böyük güclərin maraqlarının toqquşması prosesləri daha da ağırlaşdıra bilər. Ermənistanın silahlandırılması, Fransa, ABŞ yolu ilə Hindistanda istehsal olunan yarım milyarda yaxın silah və texnikaların, eləcə də Fransanın "Sezar" özüyeriyən haubitsaların Ermənistana  gətirilməsi, eləcə də 1 milyarda yaxın silah, texnika alması ilə bağlı müqavilələr regionda vəziyyəti daha da gərginləşdirəcək. Ermənistan silahlanırsa, deməli gələcəkdə  havadarlarının sifarişini yerinə yetirəcək. Ermənstan bu gün də regionun təhlükəsziliyinin pozulmasına, yeni toqquşmaların yaranmasına şərait yaratmaq siyasətini yürüdür. Bu, qlobal proses olsa da, birinci hədəf Azərbaycana qarşı yönəlib. Fransa və ABŞ maraqlarını genişləndirmək üçün bunu “Ermənistanın  təhlükəszilik dalğası” adı altında edir. Ermənistanın Fransa və ABŞ tərəfindən silahlanırılması fonunda yenidən təxriata əl atması istisna deyil”.

 

Hərbi ekspert qeyd edib ki, Ermənistan sülhdən qaçan, düşmən ölkədir. O, hesab edir ki, bu gün Ermənistan revanşist mövqedə dayanır və bütün bunları düşünülmüş şəkildə edir:

 

“Sülh müqaviləsi imzalamayan, sərhədlərin müəyyənlləşdirilməsi prosesini ləngidən Ermənistan təxribatlarının sayını getdikcə artıra bilər. Bu erməni havadarları üçün lazım olan şəraitdir. Ermənistanın təhlükəsziliyi naminə havadarları beynəlxalq institutları işlədərək öz maraqlarına uyğun qərarlar qəbul etməyə təşviq ediblər. Bunun Rusiyanın bölgədəki maraqlarını dağıtmaq hesabına baş verəcəyi istisna edilmir. Həmin havadarlar üçün Ermənistanın sülhdən qaçması mühümdür. Sülh müqaviləsinin olmaması, delimitasiyanın yekunlaşmaması gələcəkdə Azərbaycan-Ermənistan fonunda prosesin gərginləşməsinə aparacaq. Region ölkələri Ermənistanın sülhdən qaçmasının səbəblərini, nəticələrini qitymətləndirərək yerli oyunçuların burda maraqlarını genişləndirməsinin qarşısını almaq üçün tədbirlər görməsələr vəziyyət daha da gərginləşəcək”.

 

Ekspert bildirib ki, Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq qəti addımlar atacaq. Hətta gələcəkdə sərhədyanı yaşayış məntəqələrinin və dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün əlavə addımlar atılacaq.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

Seluelit deyib keçirik, əslində isə...

Olimpiya çempionu olan cüdoçulara HƏDİYYƏ

Kəlbəcərin İstisu qəsəbəsi belə olacaq

Onlar üçün keçiriləcək imtahanın VAXTI

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

Valideynlərin NƏZƏRİNƏ

Sosial şəbəkədə olan bütün görüntülər ARAŞDIRILACAQ

Əhaliyə hava XƏBƏRDARLIĞI

Noyabrdan sonra Azərbaycanda gözlənilən mühüm HADİSƏ

9 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ

Azərbaycan onun qoyduğu siyasi kursla irəliləyir

Əli Əsədovdan nazirliklə bağlı yeni QƏRAR

Prezidentdən mühüm MESAJLAR

Onlara veriləcək kompensasiya MƏBLƏĞİ