MSK-dan Nəsiman Yaqublu ilə bağlı QƏRAR

17:26 27-08-2024 | icon 182 | Siyasət
MSK-dan Nəsiman Yaqublu ilə bağlı QƏRAR

Mərkəzi Seçki Komissiyası (MSK) avtomobil qəzasında həlak olan deputatlığa namizəd Nəsiman Yaqublu haqqında qərar verib.

 

Versus.Az xəbər verir ki, bu barədə Komissiyasının bu gün keçirilən iclasında müvafiq qərar müzakirəyə çıxarılıb.

 

MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, Nəsiman Qara oğlu Yaqublunun namizədliyi qeydə alınıb və bülletenlərdə adı çap edilib, dairə seçki komissiyalarına təqdim edilib.

 

Seçki Məcəlləsinə əsasən, bülletenlərə əlavə və dəyişikliklər haqqında məlumatları məntəqə seçki komissiyasında yerləşdirilir.

 

Komissiya üzvlərinin rəyindən sonra qeyd edilib ki, dairə seçki komissiyasına atılacaq addımlar haqqında müvafiq tapşırıq veriləcək.

 

MSK sədri Məzahir Pənahov əlavə edib ki, məlumat lövhəsində N.Yaqublunun seçki marafonunu dayandırdığı qeyd edilməlidir.

 

Xatırladaq ki, Bakı Dövlət Universitetində müəllim işləyən Nəsiman Yaqublu tarixçi-professordur. O, Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd olub və Zəngilandan seçicilərlə görüşdən qayıdan zaman yol qəzasına düşüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb

Kremldən ABŞ-yə ÇAĞIRIŞ

"Formula-2" yarışına start verildi

AFFA-nın İcraiyyə Komitəsi toplaşır

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Yeni tələbələrin NƏZƏRİNƏ

"O, şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşı idim"

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

“Formula-1″lə əlaqədar sürücülərə MÜRACİƏT

Yeni Günəşlidə sakinlər şikayətçidirlər

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək