Lənkəranda müəmmalı ölüm

08:12 28-08-2024 | icon 290 | Hadisə
Lənkəranda müəmmalı ölüm

"Söz vermişdilər ki, iki günə ayağa qalxacaq"

 

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında baş vermiş ölüm hadisəsinin bəzi detalları məlum olub. Belə ki, Lənkəran şəhər sakini, 54 yaşlı Mübariz Şərifov ürək problemi ilə əlaqədar xəstəxanaya müraciət edib.

 

Mərhumun oğlunun sözlərinə görə, Şərifov əməliyyat zamanı dünyasını dəyişib:

 

"Hansı səbəbdən ölməsi barədə bizə məlumat verilmir. Atamda heç bir ciddi problem yox idi, sadəcə müayinəyə gətirmişdik. Ürəyində problem var idi, dedilər ki, infarkt keçirə bilər və təcili əməliyyat olunmalıdır. Əməliyyatdan sonra iki günə ayağa qalxacaq deyirdilər, bizə belə söz vermişdilər".

 

Mərhumun qohumu əlavə edib:

 

"Rəhmətlik sağlam şəkildə xəstəxanaya gəlmişdi. Heç bir problem yox idi, hər şey qaydasında idi. Sonradan xəbər verdilər ki, dünyasını dəyişib. Səbəbini soruşanda dedilər ki, ürək fəaliyyətini dayandırıb".

 

Mərhumun nəşi müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Prezidentdən mühüm MESAJLAR

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ

Şuşada 32 ildən sonra İLK TOY

Röya “Yakışıklım” dedi