"Bundan sonrakı mərhələdə münasibətlər daha sürətli inkişaf edəcək"

15:03 28-08-2024 | icon 185 | Siyasət
"Bundan sonrakı mərhələdə münasibətlər daha sürətli inkişaf edəcək"

Elşad Mirbəşir: “Bu əməkdaşlığın dinamik inkişafı Mərkəsi Asiya regionunda rolumuzu artırır”

 

Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri Özbəkistan və Mərkızi Asiya dövlətləri arasında tarixi mədəni əlaqələrimizin, etnik birlik, Azərbaycan və özbək dillərinin yaxınlığı, xalqlar arasında qarşılıqlı hörmətin bariz nümunəsi kimi yenidən dünya ictimaiyətinin gündəminə təqdim olundu. Özbəkistandan dünyaya Azərbaycanla Mərkəzi Asiya regionunun vahid geosiyasi, tarixi və mədəni məkan kimi çıxış etməsi bir daha bəyan edilməklə mühüm mesajlar verdi. Azərbaycanın Özbəkistanla müttəfiqlik sazişi dövlətlərarası münasibətlərin ən yüksək forması kimi təqdim olundu. Müttəfiqlik səviyyəsinə çatmaq üçün bəzi dövlətlərin 10-20 il qət etdiyi yolu Azərbaycanla Özbəkistan 2 ilə tamamladı. Türkiyə, Rusiya, Çin, Özbəkistanla strateji müttəfiqlik sənədlərinin imzalanması fonunda Azərbaycanın siyasi mütəfqlərinin coğrafiyası genişlənir.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən professor Elşad Mirbəşir bildirib ki, Azərbaycan-Özbəkistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Onun sözlərinə görə, Özbəkistanla, Azərbaycan arasında səmimi dostluq, qardaşlıq münasibətləri tarixi köklərə bağlıdır və bu gün də davam edir.

 

Professor eyni zamanda bildirib ki, hər iki tərəf münasibətlərin inkişaf etdirilməsinə konseptual yanaşırlar. Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın sıxlığı, dinamik inkişafı bütövlükdə Azərbaycanın Mərkəsi Asiya regionunda rolunu, təsirini artırır:

 

“Bu gün Cənubi Qafqaz və Mərkəzi Asiya böyük, vahid geosiyasi məkana çevrilməkdədir. Bunu son illər Azərbaycanın ümumilikdə Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlığı təsdiq edir. Müşahidələr göstərir ki, Azərbaycan Prezidenti Mərkəzi Asiya dövlətləri başçılarının sammitinə artıq ikinci dəfə dəvət alıb, Mərkəzi Asiya ölkələrinin hər birinə qarşılıqlı səfərlər edilib. Bu mənada Özbəkistanı xüsusilə qeyd etmək lazmdır. Azərbaycan Prezidenti 2022-ci ildə Özbəkistana ilk dövlət səfərini etmişdi, artıq 2024-cü ilin avustunda ikinci dəfə dövlət səfərini gerçəkləşdirdi və müttəfiqlik sənədi imzalandı. Azərbaycan Prezidenti buna qədər 3 dəfə Özbəkistanda işgüzar səgərdə olub. Eləcə də Özbəkistan prezidenti biri dövlət səfəri olmaqla 4 dəfə Azərbaycanda olub”.

 

E.Mirbəşir Özbək və Azərbaycan xalqı arasında inkişaf edən əməkdaşlığı hər iki xalqın mədəni dəyərlərinin, dil, din birliyi ilə birləşməsi baxımından təbii və önəmli hadisə kimi dəyərləndirib:

 

“Xalqlarımız arasında hər zaman sıx əlaqələr olub. Bu xalqlar çox yaxın, qohum, qardaş xalqlardır. Azərbaycan Prezidenti ötən il Özbəkistanda olan zaman vurğulamışdı ki, tərcüməçiyə ehtiyac yoxdur danışanda bir-birimizi öz dillərimizdə yaxşı anlayırıq. Bunun özü də xalqlar arasındakı sıx bağın göstəricisidır. Özbəkistanla Azərbaycan müxtəlif beynəlxalq palatformalarında daim bir birinə səmimi münasibətdə olub, bir birini dəstəkləyiblər. Hələ 2008-ci ilin mart ayının 14-də AŞPA-da Azərbaycan tərəfinin təqdim etdiyi “Azərbaycann işğal altında olan əraizlərində vəziyyətə” dair qətnamə müzakirə olunan zaman həmin qətnaməni dəstəkləyən yeganə Orta Asiya ölkəsi məhz Özbəkistan oldu. Özbəkistan bütün platformalarda Azərbaycanın ərazi bütövlüyün dəstəkləyib. Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra ölkəmizi ilk təbrik edən Özbəkistan prezidenti Şövkət Mirziyoyev oldu. Özbəkistan prezidenti Azərbaycanın işğaldan azad olunan ərazilərində də bərpa-quruculuq işlərində iştirak etmək niyyətlərini bildirib. Füzulidə 460 yerlik məktəb inşa edilib. artıq təhvil verilib. Azərbaycan Özbəkistan arasında qarşılıqlı investisiyaların yatırılması geniş müzakirə olunur. Hökumətlərarası şura artıq fəaliyyətə başlayıb. Azərbaycan Prezidenti Özbəkistanda səfəri zamanı Şuranın nöbbəti iclası baş tutdu. Bütün bunlar göstərir ki, Azərbaycanla Özbəkistan olduqca sıx əməkdaşlıqlar qurub və bu münasibətlərin xarakteri ümumilikdə Orta Asiya ilə Cənubi Qafqaz regionları arasındakı əməkdşlığın keyfiyyətinə və dinamikliyənə müsbət təsir göstərir. Bundan sonrakı mərhələdə Azərbaycan-Özbəkistan münasibətləri daha da sürətli inkişaf edəcək. Çünki ölkə başçısının dövlət səfəri çərçivəində Özbəkistanla müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması irəliyə doğru çox mühüm addımdır. Bu, Azərbaycanın Özbəkistan, Özbəkistanın da Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli tərəfdaş olduğunun göstəricisidir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb

Kremldən ABŞ-yə ÇAĞIRIŞ

"Formula-2" yarışına start verildi

AFFA-nın İcraiyyə Komitəsi toplaşır

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Yeni tələbələrin NƏZƏRİNƏ

"O, şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşı idim"

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

“Formula-1″lə əlaqədar sürücülərə MÜRACİƏT

Yeni Günəşlidə sakinlər şikayətçidirlər

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək