Nə demokratiya, nə azadlıq - AŞPA-nın, Aİ-nin dərdi başqadır

18:06 28-08-2024 | icon 335 | Siyasət
Nə demokratiya, nə azadlıq - AŞPA-nın, Aİ-nin dərdi başqadır

Rauf Məmmədov: "İkilistandartlı, qərəzli, yersiz ittihamların arxasında ABŞ, Fransa dayanır"

 

AŞPA və Avropa Birliyinin Azərbaycana qarşı ittihamları, hədə dolu çıxışları artıb. Putinin Azərbaycan səfəri və “Qazpromla” qurulan əməkdaşlıq Avropanın aqressiyasını bir az da artırıb. Belə ki, Almaniya parlamentinin üzvü, anti-Azərbaycan mövqeyi ilə seçilən Frank Şvabe "AzadlıqRadiosu"na müsahibəsi zamanı yenidən ölkəmizi hədəfə alıb, rəsmi Bakını Avropa Şurasında üzvlükdə maraqlı olmamaqda ittiham edib, Azərbaycanı Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq qalmamaqda günahlandırıb. O, misal olaraq Avropa Şurası Parlament Assambleyasının Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasını göstərib və bu qərarı pisləyib, ölkə rəhbərliyinə qarşı təhqiramiz ifadələr səsləndirib.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə şərh verən politoloq Rauf Məmmədov bildirib ki, AŞPA, Avropa İttifaqı, Qərbin Azərbaycanı hədəfə götürməsi region uğrunda gedən mübarizənin gərgin fazaya keçməsi ilə bağlıdır. Onun sözlərinə görə, bu qərəzin, aqressiyanın arxasında Fransa, ABŞ dayanır. Bu qüvvələr Azərbaycanın regiondakı gücündən yararlanmaq, regiondan keçən layihələrə nəzarəti ələ keçirmək üçün çabalayılar.

 

R.Məmmədov hesab edir ki, Rusiya prezidentinin Azərbaycana səfərindən sonra aparılan müzakirələr və əldə olunan razılaşmalar Qərbin hədəfindədir. Ona görə də belə təxribatlar ediləcək. R.Məmmədov məsələyə eyni zamanda Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinin səbəbləri kontekstində aydınlıq gətirib. Bildirib ki, Rusiya rəsmisinin ölkəmizə səfəri təsadüfi deyil. Rusiya prezidentini öz ayağı ilə ölkəmizə gətirən məsələlər var:

 

“Bu gün Rusiya Qərbin, Avropanın sanksiyalarına məruz qalır və öz neftinin, qazının dünya bazarlarına çıxarılmasında çətinlik çəkir. Bu gün Rusiyanın Çin, Hindistan bazarlarından əldə etdiyi gəlirləri var, amma qənaətbəxş deyil. Ən yaxşı bazar Avropa bazarıdır. Rusiyanın üzləşdiyi sanksiyalar onun Avropa bazarına çıxışını əngəlləyir. Avropa bazarına çıxmaq üçün Azərbaycanın imkanları daha genişdir və hazır infrastruktur mövcuddur. Eləcə də Avropanın enerji təhlükəsziliyi ilə bağlı müəyyən danışıqlar aparılıb, müqavilələr imzalanıb. Rusiyanın isə belə imkanları yoxdur. Bir tərəfdən sanksiyalar, digər tərəfdən Baltik Dənizindən Avropaya gedən Şimal axını 1, Şimal axını 2 xətlərinin partladılması onun fəaliyyətini təxirə salıb. Eləcə də Ukrayna ilə gedən müharibəyə nəhəng pullar tələb olunur. Son bir neçə ayda Amerika, Britaniya Ukraynaya böyük silah dəstəyi verir. Kursun ələ keçirilməsini təmin edən amillərdən biri həmin müasir silahlardır. Hansı ki, Rusiyanın özündə belə elə silahlar yoxdur. Eləcə də Ukrayna əsgərlərinin motivasiyası rus əsgərindən daha çoxdur. Çünki Rusiya tərəfindən döyüşən çeçenlər, tatarlar rus ordusunda o dərəcədə inamla döyüşə bilmir. Çünki hər biri öz xalqının müstəqil olmasını istəyir. Digər tərəfdən, hərbi sursat və maliyyə problemləri var. Bu mənada müharibə davam edərsə, Rusiya kritik vəziyyətlə üzləşə bilər. Rusiyanın bu vəziyyətdən çıxması üçün Rusiyanın gəlirli bazara çıxması lazımdır. Bunun üçün münbit yollardan biri Avropadır. Rusiya bunu birbaşa edə bimir. Rusiya üçün ən yaxşı çıxış yolu Azərbaycan, Türkiyə vasitəsi ilə Avropaya çıxarmaqdır. Rusiya Azərbaycan kəmərlərindən istifadə edərək öz neft-qazını bazara çıxarmaq üçün çalışır. Bunu Avropa bilir və bu ona lazımdır. Çünki Avropa qazının 40 faizini Rusiya təmin edir. Bu, Avropada da bir narahatlıq yaradıb. Avropa buna göz yumacaq. Çünki bu, Avropanın Amerikadan asılılığını azaldır. Avropa İttifaqı deyilən qurum da müstəqil olmağa, ABŞ-dan asılılıqdan qurtulmağa çalışır. Azərbaycan Rusiya qazını transfer etməklə, eyni zamanda özünün də TransKaspi layihəsini işə sala bilər. Yəni Türkmənistnın da qazını bu xəttə qoşa bilərik. Bütün Avropa, Türkmənistan, Orta Asiya da bundan razıdır. Burda problem Amerika ilə bağlıdır. Bu, Rusiya-Azərbaycan iqtisadi maraqlarının kəsişməsinə və siyasi gücünün artırılmasına gətirib çıxarır”.

 

Politoloq qeyd edib ki, bu prosesdə problem ABŞ-dır. ABŞ Avropa İttifaqını özünün təsiri altında idarə etmyə çalışır. Bu da ABŞ-la bölgə arasında münaqişə səviyyəsini artırır.

 

R.Məmmədov eyni zamanda xatırladıb ki, Rusiya 2020-ci il üçtərəfli müqaviləyə əsasən Zəngəzur dəhlizinin açılmasını gündəmə gətirib. Hansı ki, o xətt vasitəsi ilə həm enerji layihələri, həm şimal, şərq ticarət yolları işə düşəcək. Politoloqun sözlərinə görə, Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır və bu yola nəzarət etməsi ilə bağlı müqavilədə razılaşma var:

 

“Bu yol vasitəsi ilə dünya ticarəti, enerji logistikası böyük gəlir gətirməklə yanaşı arxasında siyasi, geasiyasi dvidentlər dayanır. Bu yola nəzarət o gücün əldə edilməsi deməkdir. Rusiya prezidentinin Bakı səfərində Ermənistana mesaj verilmişdi ki, dəhliz açılmalıdır. Və bəyan edildi ki, əgər siz buna maneə olsanız, biz Azərbaycanla məsələni hərbi yolla həll etməyə şərait yaradacağıq".

 

R.Məmmədov ABŞ-ın Zəngəzur məsələsində də qarşıda dayandığını qeyd edib. O, bildirib ki, bu gün ABŞ Zəngəzur dəhlizinə öz hərbi kontingentini yerləşdirmək üçün müəyyən işlər görür:

 

“Eləcə də 3+3 formatında zəif həlqə İrandır. Pezeşkiyanın inaqurasiyasında iştirak edən Paşinyan Xomneyi ilə görüşü zamanı dini lider Zəngəzur dəhlizinin açılmasının Ermənistanın maraqlarına uyğun olmadığını deyib. Ona görə də Rusiya, Türkiyə hansısa məqamda Ermənistana, İrana bel bağlamırlar. Rusiya Azərbaycan vasitəsi ilə İran, oradan körfəz ölkələrinə və Hindistana çıxışı təmin edən ticarət yoluna çıxmaq istəyir. Bu yollar Azərbaycandan keçəcək. ABŞ əvvəl bu yolun Ermənistan ərazisindən keçərək Avropaya çıxış etməsini istəyirdi. Lakin Ermənistanda infrastruktur yoxdur və bunun yaradılması çox çətindir. Həmin yolda 70 körpü, 65-dən çox tunel qazılmalı idi ki, sıldırım dağlar, qayalar yarılmalı idi. Heç kəs bu yola investisiya qoymaq istəmir. Çin buna milyardlarla pul qoymaqdansa, Azərbaycanda hazır infrastrukturdan istifadə etməyi daha sərfəli hesab edir. Ona görə şimal-qərb layihəsi Azərbaycandan keçəcək. Bu da Azərbaycanın regionda güclənməsinə şərait yaradıb. Rusiya buna görə Azərbaycana üstünlük verir və ən yaxın müttəfiqi kimi çıxış edəcək. Rusiya bununla cənuba, Avropaya çıxış üçün dəstək əldə edəcək. Bütün bunlar ABŞ və Fransanı narahat edir və öz təsirlərindn istifadə edərək AŞPA, Aİ-nin Azərbaycana qarşı aqressiya qusmasını təmin edirlər. Hətta Rusiyanın imperiya yaratmaq iddiasında olduğu da ortaya atılır. Amma real deyil. Çünki Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsi, Pakistan, Türk Birliyi əmələ gəlir. Rusiya bunun qarşısında durmaq iqtidarında deyil. Mövcud geosiyasi, geoiqtisadi reallıq Azərbaycanın, Rusiyanın, Türkiyənin xeyrinədir. Bu reallığı Avropa, Qərb özü də dərk etməlidir”.

 

R.Məmmədov hesab edir ki, bu proses Avropa İttifaqının, AŞPA-nın Azərbaycana qarşı yönələn aqressiyası, cəfəng ittihamları ilə müşahidə olunur. Bütün bu ikilistandartlı, qərəzli, yersiz ittihamların arxasında ABŞ, Fransa dayanır. Politoloqun sözlərinə görə, insan hüquq və azadlıqlarının pozulmasına, eləcə də Azərbaycanın guya AŞPA qarşısında öhtəliklərini yetirmədiyinə və prezident seçkilərində Avropa nümayəndələrinin müşahidəçi qismində çağrılmamasına etiraz olaraq ölkəmizi hədəfə alanların dərdi başqadır. R.Məmmədov hesab edir ki, məhz buna görə də AŞPA nümayəndəsi Azərbaycanla “Qazprom” arasında qurulan əməkdaşlıqdan narahat olduğunu önə çəkərək, ölkəmizi sovet rejimində olan ərazi olaraq təqdim edir. Onun sözlərinə görə, bu aqressiv münasibət davam edəcək. Çünki region uğrunda mübarizə gedir. /"həftə içi"/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb

Kremldən ABŞ-yə ÇAĞIRIŞ

"Formula-2" yarışına start verildi

AFFA-nın İcraiyyə Komitəsi toplaşır

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Yeni tələbələrin NƏZƏRİNƏ

"O, şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşı idim"

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

“Formula-1″lə əlaqədar sürücülərə MÜRACİƏT

Yeni Günəşlidə sakinlər şikayətçidirlər

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək