İsrail ordusundan növbəti zərbə

22:19 28-08-2024 | icon 392 | Dünya
İsrail ordusundan növbəti zərbə

"İslami Cihad" komandiri öldürüldü

 

İsrail Müdafiə Qüvvələri (IDF) Suriya-Livan sərhədi yaxınlığında Fələstinin "İslami Cihad" qruplaşmasının komandirini məhv edib.

 

Bu barədə İsrail Müdafiə Qüvvələrinin "Telegram" kanalında bildirilir.

 

"İsrail Müdafiə Qüvvələrinin kəşfiyyat məlumatlarına əsasən, İsrail Hərbi Hava Qüvvələri Suriya-Livan sərhədi yaxınlığında "İslami Cihad" terror təşkilatının əməliyyatlar bölməsinin terrorçusu Faris Kasimə zərbə endirib və onu məhv edib", - deyə məlumatda bildirilib.

 

"Kasim "İslami Cihad"ın Suriya və Livanda əməliyyat planlarının hazırlanmasına cavabdeh idi. O, "Hizbullah" terror təşkilatına fələstinli terrorçuların cəlb edilməsində əsas rol oynayıb. Zərbə nəticəsində Livanda "Hizbullah" terror təşkilatı üçün terror fəaliyyəti həyata keçirmək məqsədilə Suriyadan əlavə olaraq gələn "İslami Cihad" terrorçuları da məhv edilib", - deyə məlumatda qeyd edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb

Kremldən ABŞ-yə ÇAĞIRIŞ

"Formula-2" yarışına start verildi

AFFA-nın İcraiyyə Komitəsi toplaşır

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Yeni tələbələrin NƏZƏRİNƏ

"O, şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşı idim"

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

“Formula-1″lə əlaqədar sürücülərə MÜRACİƏT

Yeni Günəşlidə sakinlər şikayətçidirlər

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək