Rusiyadan İrəvana qəti XƏBƏRDARLIQ

21:29 29-08-2024 | icon 405 | Geopolitika
Rusiyadan İrəvana qəti XƏBƏRDARLIQ

Əhəd Məmmədli: "Ermənistan üçün bu, ciddi mesajdır"

 

Rusiyanın Ermənistandakı səfirliyinin iki ölkə arasında “Böyük müqavilə”nin imzalanmasının 27-ci ildönümü münasibətilə yaydığı bəyanat mesaj kimi dəyərləndirilir.

 

Bəyanatda vurğulanır ki, Moskva ilə İrəvanın Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin artırılması istiqamətində əməkdaşlıq etmək öhdəliyi var. Ermənistanın Qərbə yönəldiyi, Rusiya ilə arasında gərginliyin artdığı bir zamanda bu məqamın vurğulanması diqqət çəkib.

 

Politoloq Əhəd Məmmədli deyib ki, həmin bəyanat Rusiya tərəfindən Ermənistana xatırlatmadır:

 

“Əslində Moskva İrəvana deyir ki, mən sənin üçün çox şey etmişəm və indi səndən bunların cavabını gözləyirəm. Ermənistan üçün bu, ciddi mesajdır. İrəvanın bunu nə dərəcədə anlayacağını demək çətindir. Çünki erməni hökuməti Kremlin xatırlatmalarına baxmayaraq öhdəliyi olduğunu düşünmür. Amma Rusiya da geri addım atmaq niyyətində deyil. İndiki məqamda Ermənistan seçim etməyə məcburdur. Yəni daha Qərb və ya Rusiya ilə eyni tərzdə münasibət qura bilməz. Konkret seçim edib bir gücün yanında olmalı, digərinə qarşı mübarizə aparmalıdır. Görünür, Azərbaycan da bu istiqamətdə İrəvanın seçim etməyini istəyir. Əslində bu seçimə Ermənistan özü məcbur qaldı. Çünki əvvəldən balans siyasəti aparmırdı. Müqayisə üçün deyim ki, Azərbaycan belə bir seçim qarşısında qalmayıb. Çünki biz öncədən də balans siyasətini prioritet olaraq seçmişik. Ermənistan isə əvvəl Rusiyanın yanındaydı, indi Qərbə inteqrasiya edir. Nəticə etibarilə Ermənistan ciddi seçim edəcək və bunun nələrə səbəb olacağını görəcək. İrəvan Qərbi seçərsə, onun üçün gərgin proseslər baş verə bilər. Söhbət həm daxili siyasətdə yarana biləcək qarışıqlıq, həm də Kremlin təzyiqlərindən gedir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb

Kremldən ABŞ-yə ÇAĞIRIŞ

"Formula-2" yarışına start verildi

AFFA-nın İcraiyyə Komitəsi toplaşır

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Yeni tələbələrin NƏZƏRİNƏ

"O, şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşı idim"

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

“Formula-1″lə əlaqədar sürücülərə MÜRACİƏT

Yeni Günəşlidə sakinlər şikayətçidirlər

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək