Deputatlığa namizədin paylaşımı qalmaqal YARATDI
Deputatlığa namizəd Rafael Hüseynovun sosial şəbəkələrdə yayılan fotosu müzakirələrə səbəb olub.
Versus.Az xəbər verir ki, foto seçicilərlə görüş zamanı çəkilib.
Rafael Hüseynov həmin fotonu Hacıqabulda yerləşən “Qədir-xum” restoranının ofisiantları ilə çəkdirib. Onun bu şəkili “seçicilərlə görüş” adı ilə təqdim etməsi birmənalı qarşılanmayıb.
Bunu sosial şəbəkələrdə ilk yayan Demokrat.az saytının rəhbəri Vasif Həsənli olub.
Qeyd edək ki, R.Hüseynov II, III, IV, V və VI çağırış Milli Məclisin deputatıdır.
Həmin fotoları təqdim edirik:
Xəbər lenti
Moskvanın mərkəzində baş verən atışmadan XƏBƏR VAR
Hadisdə yaralanan və ölənlərin sayı artıb