Azərbaycanda "sükut günü"dür

08:27 31-08-2024 | icon 333 | Siyasət
Azərbaycanda "sükut günü"dür

Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılması prosesi başa çatıb. 

 

Versus.Az xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının "Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.

 

Seçki Məcəlləsinə əsasən, təşviqatın aparılmasını qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri həyata keçirə bilərlər.

 

Qanunvericiliyə görə, təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

 

Parlament seçkiləri ilə əlaqədar Təqvim Planında bu müddət 2024-cü il avqustun 9-dan, avqustun 31-i saat 08:00-a qədər nəzərdə tutulub.

 

Beləliklə, avqustun 31-i saat 08:00-da seçkiqabağı təşviqat kampaniyası dayandırılıb. 

 

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

Seluelit deyib keçirik, əslində isə...

Olimpiya çempionu olan cüdoçulara HƏDİYYƏ

Kəlbəcərin İstisu qəsəbəsi belə olacaq

Onlar üçün keçiriləcək imtahanın VAXTI

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

Valideynlərin NƏZƏRİNƏ

Sosial şəbəkədə olan bütün görüntülər ARAŞDIRILACAQ

Əhaliyə hava XƏBƏRDARLIĞI

Noyabrdan sonra Azərbaycanda gözlənilən mühüm HADİSƏ

9 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ

Azərbaycan onun qoyduğu siyasi kursla irəliləyir

Əli Əsədovdan nazirliklə bağlı yeni QƏRAR

Prezidentdən mühüm MESAJLAR

Onlara veriləcək kompensasiya MƏBLƏĞİ