"Seçkilərdə xoşagəlməz hallar ola bilər"
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib ki, seçkilərdə xoşagəlməz hallar ola bilər.
Onun sözlərinə görə, məntəqədə belə hallar olarsa, yerində qərar çıxartmaq lazımdır:
"Əgər həmin qərardan şikayət olarsa, MSK-da baxılır. Seçicilərin iradəsindən kənar hal baş verərsə, məntəqənin nəticələri ləğv ediləcək. Əgər pozuntular eyni dairədə daha çox qeydə alınsa, ümumilikdə dairənin nəticələri ləğv ediləcək".
MSK sədri onu da bildirib ki, səsvermə günü gecə ilkin nəticələr elan ediləcək.
O qeyd edib ki, iki gün müddətində məntəqələrdən səsvermə protokolları MSK-ya çatdırılacaq. Bu zaman artıq ilkin nəticələr rəsmi şəkildə elan ediləcək:
"20 gün müddətində səsvermənin nəticələri ilə əlaqədar MSK-ya müraciət etmək olar və bu müraciətlərə baxılacaq. Daha sonra isə müraciətlər məhkəməyə göndəriləcək".
Xəbər lenti
Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb
Sənətkarın qızı Nigar Əhmədova atası ilə bağlı xatirələrini bölüşüb