Yeni XƏSTƏLİK

13:00 02-09-2024 | icon 433 | Sağlamlıq
Yeni XƏSTƏLİK

Dünyada yeni xəstəlik yayılır. Rusiya Səhiyyə nazirliyi veyp və elektron siqaretlərdən qaynaqlanan yeni EVALİ xəstəliyi barədə xəbərdarlıq edib.

 
 
2019-cu ilin yayında ABŞ-da veyp aludəçiləri arasında yeni xəstəlik alovlanması qeydə alınmışdı. Xəstələr quru öskürək və boğulmadan şikayətlənirdi.
 
 
2020-ci ilə qədər bu problemləri olan 3000 veyper xəstəxanaya yerləşdirilmişdi, onlardan 68-i ölmüşdü. Sonradan pandemiya olduğu üçün kovid eyni simptomları verdiyindən bu naməlum xəstəlik arxa plana keçdi.
Amma həkimlər bu xəstəliyə ad qoydular: EVALİ – elektron siqaret və veypinqdən ağciyərlərin zədələnməsi.
 
 
Xəstələrin yaşı 18-30 arası idi.
 
EVALİ veypinqdə olan zərərli maddələrin aerozolla ağciyərlərə keçməsi nəticəsində yaranır.
 
Kimində illər sonra, kimlərdəsə veypinqdən istifadədən bir neçə ay sonra özünü göstərir.
 
Qəflətən başlayan əlamətlər hətta ölümlə nəticələnə bilər.
 
 
 
EVALİNİN-əlamətləri:
 
- Təngnəfəslik
- Öskürək
- Sinədə xışıltı
- Qarında ağrı, ishal qusma
- Hərarət
- Arıqlama
 
 
Alimlərin fikrincə, bu xəstəliyin səbəbi veyplərə E vitamininin sintetik forması olan asetat əlavə edilməsidir. Bu maddə tüstünü ciyərlərə çəkənrə onu zədələyir. /medicina.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb

Kremldən ABŞ-yə ÇAĞIRIŞ

"Formula-2" yarışına start verildi

AFFA-nın İcraiyyə Komitəsi toplaşır

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Yeni tələbələrin NƏZƏRİNƏ

"O, şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşı idim"

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

“Formula-1″lə əlaqədar sürücülərə MÜRACİƏT

Yeni Günəşlidə sakinlər şikayətçidirlər

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək