Əkinçilərə şad XƏBƏR

12:56 03-09-2024 | icon 553 | İqtisadiyyat
Əkinçilərə şad XƏBƏR

Yanacaq bahalaşdığı üçün subsidiyalar artırılır

 

Aqrar Subsidiya Şurası yanacaq qiymətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq əkin subsidiyalarını artırıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, 2024-cü ildə avtomobil benzini və dizel yanacağının qiymət artımının bir hissəsinin kompensasiya edilməsi məqsədilə, gələn ildən dənli və dənli paxlalılar, kartof, tərəvəz, yonca və təkrar əkinlər üçün əkin subsidiyaları artırılacaq.

 

Şuranın qərarına əsasən, meyvəçilik sahəsində dəstək artaraq davam edəcək. Damcı suvarma sistemi ilə təmin olunmuş intensiv meyvə bağları üçün müxtəlif şərtlər müəyyən edilib:

 

- Alma, armud, gilas, albalı, gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;


- Xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd tingin əkildiyi bağlar;


- Limon, kinkan, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;


- Fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;


- Badam bitkisi üzrə 1 hektara minimum 278 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;

 
 


- Qoz bitkisi üzrə 1 hektara minimum 238 ədəd tingin əkildiyi bağlar;


- Əzgil, zoğal, iydə, əncir, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.

 

Subsidiya veriləcək digər meyvə bağlarında isə 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti qoyulub.

 

Şuranın qərarına əsasən, 2024-cü ilin sentyabrın 1-dən dekabrın 31-dək intensiv fındıq bağlarının hər hektarına 4 400 manat, intensiv nar bağlarının hər hektarına 3 min manat və intensiv zeytun bağlarının hər hektarına 5 600 manat əkin subsidiyası veriləcək.

 

2025-ci ilin yanvarın 1-dən mayın 31-dək:

 

- Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında və Xocavənd rayonunda 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi intensiv fındıq bağlarına 4 400 manat əkin subsidiyası veriləcək.


- Qarabağ, Şərqi Zəngəzur, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan, Gəncə-Daşkəsən və Dağlıq Şirvan iqtisadi rayonlarında intensiv nar bağlarına 3 min manat əkin subsidiyası veriləcək.


- Abşeron-Xızı, Qarabağ, Mil-Muğan, Mərkəzi Aran, Şirvan-Salyan və Şərqi Zəngəzur iqtisadi rayonlarında intensiv zeytun bağlarına hər hektara görə 5 600 manat məbləğində əkin subsidiyası veriləcək.

 

Bundan əlavə, zeytun bağlarının salınmasına görə əkin subsidiyasının verilməsi üçün minimum sahənin 2025-2026 təsərrüfat ilində 50 hektar, cari təsərrüfat ilində isə 15 hektar olaraq müəyyən edilməsi nəzərdə tutulur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb

Kremldən ABŞ-yə ÇAĞIRIŞ

"Formula-2" yarışına start verildi

AFFA-nın İcraiyyə Komitəsi toplaşır

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Yeni tələbələrin NƏZƏRİNƏ

"O, şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşı idim"

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

“Formula-1″lə əlaqədar sürücülərə MÜRACİƏT

Yeni Günəşlidə sakinlər şikayətçidirlər

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək