BDU tələbələri yeni rektordan nə gözləyir -SORĞU

14:59 13-03-2019 | icon 56 | Təhsil
BDU tələbələri yeni rektordan nə gözləyir -SORĞU

 

İki gün öncə  prezident İlham Əliyev Elçin Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Versus.Az AzEdu.az-ın BDU tələbələri arasında keçirdiyi sorğunu təqdim edir:

Coğrafiya fakültəsinin   III kurs tələbəsi Turanə Musayeva -    Onun yeni rektordan gözləntiləri çoxdur.   Amma Turanə ilk olaraq, dərslərin səhər 9-da başlamasını istəyir:

“Açığını desəm, yeni rektordan gözləntilərim çoxdur: otaqların, auditoriyaların təmiri, bayramlarda “parti”lərin təşkil olunması və s. Amma hər şeydən öncə, dərslərin səhər 9-da başlamasını istərdim. Bundan əlavə, ingilis bölməsinə savadlı müəllimlərin gəlməsi daha yaxşı olardı”.

Sosial Elmlər və Psixologiya fakültəsinin adının çəkilməsini istəməyən  I kurs tələbəsi  yeni rektorun da  ondan əvvəl bu vəzifəni icra edən Firudin Qurbanov kimi tələbələrin lehinə addımlar atacağına inanır:

“Yeni rektordan ilk istəyim yazılı imtahanları testlə əvəz etməsidir. Elçin Babayevin də eynən Firudin Qurbanov kimi tələbələrin qeydinə qalmasını istərdim. Belə deyim, Firudin müəllimdən öncə 5 günə çıxan nəticələri, imtahanın sabahı gün öyrənə bilirdik. Daha sonra, zərbəçilik üçün çatışmayan 1,2,3 bal artırılr, imtahana 33 balla girib, 17 bal toplayan təlbələrin bir balı bağışlanırdı. Bütün bunları nəzərə alaraq, Elçin Babayevin də, eynən bu istiqamətdə addımlar atacağına ümid edirəm”.

Kitabxanaçılıq və İnformasiya fakültəsinin  II kurs tələbəsi  Aynur Həsənova- Aynur  kollekvium, fərdi iş və yazılı imtahanların tələbəni yorduğunu deyir və  ən azından, birincinin  ləğv olunmasını istəyir:

“Yeni rektordan ilk gözləntimiz, yazılı imtahanları testlə əvəz etməsidir. Daha sonra bəzi universitetlərdə artıq kollekviumlar ləğv edilib. Bizdə də bunun tətbiqi çox yaxşı olardı. Çünki həm kollekvium, həm fərdi iş, həm də yazılı imtahan tələbəni çox yorur”.

Filologiya fakültəsinin II kurs tələbəsi Bəşirov Qoşqar -Qiyabi təhsil alan Qoşqar ilk olaraq, dərs saatlarının artırılmasını istəyir:

“Qiyabi təhsil alsam da bir tələbə kimi mənim də cənab rektordan istəklərim var. İlk olaraq, qiyabi təhsil alan tələbələrə ayrılan dərs vaxtının artırılmasını istərdim. 12-13 gün olmaqla, ildə iki dəfə keçirilən dərslər tələbənin savadlanması, onun gələcəkdə bir müəllim kimi yetişməsi üçün çox azdır. Dərs müddətinin heç olmasa, bir aya qaldırılmasını istərdim. Qiyabi təhsil alanlar üçün bir xahişim də budur: digər tələbələrdən fərqli olaraq, biz imtahandan 1-2 balla kəsildikdə, apellyasiya yolu ilə nəticələri 1-2 bal artırmaq  imkanımız olmur.  Qiyabi təhsil alanların da apellyasiyaya müraciət etmək şansı verilsəydi, daha yaxşı olardı. 

Bundan əlavə, tələbə əgər davamedici fəndən kəsilirsə  avtomatik olaraq, növbəti semestr də həmin fənnin davamından kəsilmiş sayılır. Ona ya alt qrupda, ya da yay məktəbində oturaraq, hər iki kəsri birdən bağlamaq üçün imkan yaradılsa, çox yaxşı olardı. Yekun olaraq, cənab rektorun biz tələbələri düşünərək ən düzgün addımları atacağına inanıram”.

Beynəlxalq Münasibətlər fakültəsinin I kurs fakültəsinin tələbəsi Emil Cəfərov - I kursda oxuyan Emil, imtahanlarda tələbələrə güzəşt olunmasını istəyir:

“I kurs olduğumdan  universiteti elə də yaxşı tanımasam da, mənim də yeni rektordan bəzi gözləntilərim var. İlk olaraq, təhsilə daha yaxşı nəzarət edilməsini istərdim. Çünki bəzən, ayrıseçkilik halları baş verir. Həmçinin, imtahanlarda tələbələrə güzəştlər edilsə, çox yaxşı olardı”.

Jurnalistika fakültəsinin magistrantı Aysel Qurbanova -Aysel əksər magistrların   həm oxuyub, həm də işləyir. Bu səbəbdən, yeni rektordan  ilk gözləntisi magistrlar üçün  dərs saatlarının dəyişdirilməsidir:

 “Əslində, BDU-nun yeni rektorundan əsaslı gözləntiləri universitetin əvvəlki dövrdə vəziyyətini müşahidə edən tələbələr daha yaxşı ifadə edər. Çünki mən bakalavr təhsilimi BDU-da almamışam, vur-tut bir semestrdir, bu universitetdəyəm. Amma öz adıma yeni rektorumuzun Jurnalistika magistratura tələbələrinin dərs saatlarını dəyişdirməyini gözləyirəm.

Çünki magistraturada təhsil alan tələbələrin əksəriyyəti işləyir, bu, heç kimə sirr deyil. Dərs saatımızın saat 12:00-17:10 arası təyin edilməsi işləməyimizə maneədir.

İkincisi, tələbələrin təqaüdləri hər yerdə olduğu kimi ayın əvvəlində verilərsə, çox gözəl olar.

Mənim xüsusi bir gözləntim də var: Universitet çox böyük olsa da, əksər korpusların dəhlizlərində tələbələrin asudə vaxtını kitab oxuyaraq keçirməsi, dərsləri ilə məşğul olması üçün bölmələr yoxdur.

Universitetin kitabxanalarına müraciət edən tələbələrin az olduğunu müşahidə edirəm. Çox istərdim ki, BDU-nun həyətində yeməkxananın olması, bufetlərdə hər cür şəraitin yaradılması əvəzinə, tələbələrin kitablarla iç-içə olması üçün korpuslarda məkanlar ayrılsın. Tələbələrin dərsdən sonra yığışıb, sərbəst müzakirə aparması, kitab oxuması üçün daha çox şərait olsun. Ümid edirəm ki, yeni rektorumuz bu kimi məsələlərə diqqət edəcək”.

Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin II kurs tələbəsi Əhməd Mirzəyev – Əhməd  ən azından, qeyri-ixtisas fənlərinə aid imtahanlarda  test üsulunun tətbiqini gözləyir:

“Yeni rektorun tələbələri mümkün qədər başa düşməsini gözləyirik. Eyni zamanda, yazılı imtahanların testlə əvəz olunmasını istərdik. Bunun ən azından qeyri-ixtisas fənlərində tətbiqi çox yaxşı olardı.  Daha sonra, sərbəst işləri mühazirə deyil də, seminar müəllimlərinin yoxlamasını  istərdim. Çünki bəzən mühazirə müəllimləri qiyməti az yazır  və bu da imtahana daha aşağı balla girməyimizə gətirib çıxarır.

Biologiya fakültəsinin II kurs tələbəsi Əfəndiyeva Mələk – Mələk də  imtahanların test üsuluna keçməsini, eyni zamanda, sualların sayının azaldılmasını istəyir:

“Yeni rektordan da Firudin müəllimin atdığı addımları gözləyirəm. Çünki o, bizim öyrəşdiyimizin əksinə, tələbələrlə yaxın olub, onların problemlərini dinləyir və həlli üçün addımlar atırdı. Rektor olduğu dövrdə universitetdəki problemləri həll etdi, təmir və təmizlik işləri apardı.

Eyni zamanda imtahanların testlə olmasını və sualların sayının azaldılmasını istərdim”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

Qovlar şəhərində fitoterapiya ilə bağlı geniş seminar keçirilib