“Paşinyanı dəmir yumruq başa salıb..."
Emin Həsənli: “Paşinyanın şərtlər diqtə etməyə mənəvi haqqı yoxdur”
"4 il qabaq Paşinyanı dəmir yumruq başa salıb və həmişə də başının üzərində olmalıdır”.
Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Emin Həsənli Ermənistan baş nazirinin Azərbaycanın hərbləşməsi ilə bağlı dediyi fikirlərlə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, Paşinyanın Azərbaycanın hərbləşməsi, hansısa dövlətlərdən silahlar alması və sair məsələlərlə bağlı apardığı müqayisə zərərlidir:
“Azərbaycan müstəqil dövlətdir və tarix boyu imperialist dövlətlərin ölkəmizə qarşı apardığı siyasətin qurbanına çevrilib. Bu siyasətin nəticəsidir ki, bu gün bölgədə Ermənistan kimi teroroçu dövlət var. Bu dövlətin yaradılmasının mahiyyəti də bölgəni nəzarətdə saxlamaq, onun üzərindən kənar maraqların qorunmasında istifadə edilməsidir. Tarixi faktlar sübut edir ki, Ermənistan imperialist güclərin istəyi ilə Azərbaycan torpaqları üzərində qurulub. Hələ 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri əsasında İrəvan və Naxçıvan xanlığı ləğv edildikdən sonra ermənilər bölgəyə gətirilib. 1918-ci il may ayının 29-da isə İrəvan və ətrafında 9 min km ərazi olmaqla Ermənistan dövlətinin yaranması, yaradılmasına icazə verilib”.
E.Həsənli qeyd edib ki, imperialist güclərin bölgəyə hakimlik, təsir etmək kimi ana siyasəti bu gün də davam edir:
“Bu gün Azərbaycanın bölgədə əsas gücə çevrilməsini qəbul etməyən ABŞ, Fransa kimi dövlətlər özünün erməni əlaltılarından istifadə edərək bu regionda gərginliyin yaranmasında maraqldıırlar. Işğalçı Ermənistan hərbi qüvvələrinin 44 günlük müharibə nəticəsində ərazilərimizdən çıxarılmasını həzm edə bilməyən güclər Ermənistanı silahlandırmaqda davam edir. Belə bir terorçu, Işğalçı dövlətlə qonşu olmağa məcbur olan Azərbaycanın özünün təhlükəsizliyi naminə hərbi ücünü artırması zəruridir, şərtdir. Və Ermənistanın buna qarşı çıxış etməsi məntiqsiz, absurddur Ermənistan kimi alət olan, işğalç, separatçının başqasının hərbiyə ayırdığı büdcəsini hesablamağa, buna qarşı çıxmağa haqqı yoxdur”.
Ekspert qeyd edib ki, Azərbaycanın min illik dövlətçilik ənənsi var. Azərbaycan həmişə müstəqil siyasət yeridib və bu gün də özünün sülhpərvər mövqeyini davam edir:
“Azərbaycan dünyaya böyük təhfələr verib. Azərbaycanın region, dünya üçün önəmi böyükdür. Enerji təhlükəsziliyindən tutmuş, svilizasiyalararası dialoqun qurulmasında ölkəmizizn xüsusi rolu var. Ermənistan isə separatçı terrorçu dövlətdir. Onun arxasında duran dövlətlər həmişə ondan alət kimi istifadə ediblər. Rusiya, Fransa, Amerika, ara sıra İran Ermənistanı Azərbaycana, Türkiyəyə qarşı alət kimi istifadə ediblər. bütün bu təsir və mənasız səs-küylərə baxmayaraq Paşinyan Zəngəzur dəhlizini açacaq. Dəyişkən fikri ilə yadda qalan Paşinyanın guya sülh istəməsi də səhnədir. 4 il qabaq Paşinyanı dəmir yumruq başa salıb və həmişə də başının üzərində olmalıdır”.
LƏMAN
Xəbər lenti
Britaniya kral ailəsində ilk
Keyt Middlton və Şahzadə Uilyamdan kamera qarşısında eşq görüntüləri