Erməni məktəblərində rus dili fənninə AQRESİYA
Bu ildən başlayaraq Ermənistandakı məktəblərdə rus dili ilə bağlı dəyişikliklər edilib.
Ermənistanda rus dili xarici dil statusuna malik olsa da, ona daha məcburi təhsil rolu verilməyəcək.
Versus.Az xəbər verir ki, Ermənistanda 2024-2025-ci tədris ilindən məktəblər üçün yeni dövlət təhsil standartları qüvvəyə minib.
Dövlət standartına görə, təhsil müəssisələrinin bir sıra sinifləri üçün rus dili əsas (məcburi) statusundan xarici dil statusuna keçib.
Eyni zamanda hər bir xarici dil üçün həftədə 2 saat ayrılıb.
Yəni “Rus dili” müstəqil fənn kimi yalnız 4, 9 (həftədə üç saat), 11 və 12-ci siniflərdə (həftədə iki saat) tədris olunacaq.
Yeni standartlarda 2, 3, 5, 6, 7, 8 və 10-cu sinif şagirdləri üçün ayrıca “Rus dili” fənni yoxdur. “Xarici dil 1” və “Xarici dil 2” var.
Bəzi ekspertlər hesab edirlər ki, hər şey rus dilinin tədrisinin sistemli şəkildə azaldılmasına doğru gedir.
Xəbər lenti
Moskvanın mərkəzində baş verən atışmadan XƏBƏR VAR
Hadisdə yaralanan və ölənlərin sayı artıb