"Yaqi" qasırğası Çinin bir əyalətində həyatı iflic etdi

09:11 07-09-2024 | icon 517 | Dünya
"Yaqi" qasırğası Çinin bir əyalətində həyatı iflic etdi

Yarım milyondan çox insan təxliyə edildi

 

Çinin cənubundakı Quandun əyalətində "Yaqi" qasırğası səbəbindən 570 mindən çox insan təxliyə edilib.

 

Versus.Az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi əyalətin meteorologiya idarəsinin məlumatlarına istinadən məlumat yayıb.

 

Həmin gün ilk dəfə tayfun təxminən saat 16:20-də (Bakı vaxtı ilə 12:20-də - red.) Vençan bölgəsinin Ventyan kəndinə düşüb. Daha sonra küləyin maksimal sürəti 234 km/saat olan 17-ci səviyyəli super tayfuna çevrilib. "Yaqi" adanın əksər hissəsinə güclü yağış, bəzi şəhər və kəndlərə isə güclü leysan gətirib.

 

Qeyd olunur ki, Quandun əyalətinin yarım milyondan çox sakini yerli vaxtla saat 22:20-də (Bakı vaxtı ilə 18:20-də - red.) baş verən super tayfununun ikinci dəfə quruya çıxacağı gözlənildiyi üçün ölkənin cənubuna təxliyə edilib.

 

"Yaqi" tayfunu bu il sayca 11-ci olub.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycan burada bir bəhanədir, əsas məqsəd...

Ermənistan Azərbaycanla şərti sərhəddə "səlibçi" bayraqlarını endirdi

COP29 tədbirləri çərçivəsində YENİLİKLƏR

Azərbaycana buraxılmayan “arzuolunmaz şəxs”lərin SAYI

Vitse-spikerdən TƏKLİF

Diqqətlər ABŞ-a yönəldi

Qarabağ Universitetində 50 nəfər işlə təmin edilib

129 nömrəli məktəbdə  maarifləndirici tədbir

YYSİB-dən eko-layihə

Deputatdan bankların tələbləri ilə bağlı TƏNQİD

Neftçalada ev sahibi ilə birgə YANDI

Azərbaycanda İLK

Rəqəmsal məlumat platforması İSTİFADƏDƏ

Ödəmə terminalından oğurluq etmək İSTƏDİ

Bu universitetə rektor TƏYİN EDİLDİ