İllərlə seks köləsi kimi qaldı

09:16 07-09-2024 | icon 579 | Dünya
İllərlə seks köləsi kimi qaldı

Polşalı qadının donuz tövləsində kabus dolu hekayəsi

 

Polşanın kiçik Qayki kəndində insanları şoka salan hadisə baş verib. Belə ki, 35 yaşlı yerli sakin oğurladığı qadını beş il seks-kölə kimi əsir saxlayıb.

 

news.ru yazır ki, zərərçəkənin həyatının kabusuna çevrilən hadisə 2019-cu ildə internetdə tanışlıqla başlayıb.

 

Bildirilir ki, kişi internetdə tanış olduğu sevgilisini kəndə aparıb. Sonra isə onu donuz tövləsinə bağlayaraq illərlə əsir axlayıb.

 

Bütün bu müddət ərzində təcavüzkar qurbanına işgəncə və əzab verir, onu yarıac saxlayıb. Bədbəxt qadın üçün "uğurlu seks"in yeganə "mükafatı" bir qab isti su olub.

 

Əsirlikdə olduğu illərdə qadın bir uşaq dünyaya gətirib. Ancaq kişi uşağı onun əlindən alaraq körpələr evinə verib.

 

Qadın əsirlikdən ancaq beş il sonra xilas ola bilib. Belə ki, onun çiyni çıxdığı üçün kişi qadını xəstəxanaya aparmaq məcburiyyətində qalıb. Orada qadın həkimlərə öz dəhşətli əhvalatını danışıb. Tibb işçiləri dərhal polisə müraciət ediblər və kişi həbs edib.

 

Polşalı sadisti 25 ilə qədər həbs cəzası gözləyir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“44 günlük dastan”dan danışdılar

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Rusiyanı daimi təhlükə kimi tanımağa ÇAĞIRIŞ

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi?

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Deputatlara vəsiqələri verildi

Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Türkiyəli həkimdən XƏBƏRDARLIQ

Ana övladına öz soyadını verə bilərmi?

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

Rektor fəaliyyətini DAYANDIRDI

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə qazandırdı

Neymar "Santos"a qayıdacaq