Prezidentdən mühüm MESAJLAR
Vüqar Dadaşov: "Bu mesajlar Forumda da öz əksini tapdı"
“İtaliyada keçirilən 50-ci Beynəlxalq Çernobbio Forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev dünyaya mühüm mesajlar verdi. Azərbaycan liderinin çıxışı dünyanın aparıcı media orqanlarının diqqət mərkəzindədir”.
Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov Prezidentin italiya səfərinə dair nüanslara diqqət çəkərkən bildirib.
V.Dadaşov qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin forumda Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı çıxışı maraqla izlənib.
“Blumberq"-in məlumatına görə, Moskva və Kiyev İlham Əliyevdən dekabrda əsas razılaşmanın müddətinin başa çatmasından sonra Ukrayna ərazisindən Avropaya qaz tranzitinin asanlaşdırılması xahişi ilə müraciət edib. Həmçinin İlham Əliyev Rusiya Ukrayna arasında münaqişənin həllində vasitəçi kimi çıxışına hazır olduğunu da bildirib.
Ekspert bildirib ki, Putinin Azərbaycana səfəri və İlham Əliyevlə görüşünün, Azərbaycan prezidenti İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda iştirakından öncə baş tutması heç də təsadüfi deyildi:
“Rusiya-Ukrayna arasında müharibənin son nəticələri Rusiyanı da danışıqlara meyilli edib, üstəlik Ukraynanın da danışıqlar masasında əlini gücləndirib. Böyük güclər, xüsusəndə ABŞ üzücü müharibənin davam etdirilməsini istəsə də, Rusiya və Ukrayna bu müharibənin dayandırılmasında maraqlı görünür. Azərbaycanın hər iki münaqişə tərəfləri ilə isti münasibəti və Azərbaycan prezidenti İlham Əliyevin böyük beynəlxalq nüfuzu münaqişə tərəflərinin mövqeyinin yaxınlaşdırılmasına müsbət təsir edə bilər. Bu mesajlar Forumda da öz əksini tapdı. Eləcə də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə toxunuldu. Zəngəzur dəhlizi sülh müqaviləsi lahiyəsindən çıxarılsa da tərəflər arasında yekun müqavilə, sülh Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın əldə edilməsindən sonra mümkün görünə bilər. Halbuki, sülh müqaviləsinin imzalanmasına mane olan keçilməz digər şərtlər mövcuddur. Əlbəttə ki, Azərbaycanın Xalq Cümhuriyyətinin varisi kimi, öz ərazilərinə hüquqi tələb imkanları, Ermənistanın qanunsuz əldə etdiyi Azərbaycan torpaqlarınına "kadastr" istəyi, Ermənistan Konstitusiyası və müstəqillik aktı, Qərbi Azərbaycan proqramının tətbiqi planları”.
V.Dadaşov bildirib ki, Zəngəzur dəhlizi məsələsinin sülh müqaviləsi lahiyəsindən çıxarılması fonunda İranın yenidən Zəngəzur dəhlizinə "qırmızı xətt" kimi bəyanatı əbu məsələnin gündəmdə olmasını və bunun ətrafında ciddi və qızğın müzakirəsinin getdiyini göstərir:
"Bu məsələ də İran və Rusiyanın maraqları bir-birinə ziddir. Bir müddət əvvəl Şoyqunun İrana və sonra Azərbaycana səfərinin əsas müzakirə predmetinin birinin də məhz Zəngəzur dəhlizi ilə bağlı olduğu şübhəsizdir. Təbii ki, Tehranda İsmayıl Haniyənin öldürülməsinə İranın cavabının variantları və onun mümkünlüyünün də əsas müzakirə mövzusu olub.
Zəngəzur dəhlizinə beynəlxalq oyunçu və ya təşkilat tərəfindən nəzarətin razılaşdırılması belə dəhlizin açılmasına yaşıl işıq deyil. Təbii ki, dəhlizə ancaq Rusiya nəzarət edərsə, o halda dəhlizin açılması reallaşa bilər. Bu həm də 10 noyabr 2020-ci il üçtərəfli Moskva bəyannaməsinin tələblərindən irəli gəlir. Heç təsadüfi deyil ki, rəsmi İrəvan sözü gedən bəyannamənin qüvvədən düşdüyü barədə dəfələrlə bəyanat səsləndirib. Azərbaycan da Minsk qrupunun ləğvi ilə bağlı tələblər irəli sürür. Ermənistan və Qərb dəhlizə rus nəzarəti variantın əleyhinə olduğundan Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın əldə edilməsi çətin gedir.
Bir müddət əvvəl, Zəngəzur dəhlizi məsələsinin sülh müqaviləsi lahiyəsindən çıxarılması barədə məlumatlar müəyyən suallar yaratmışdı. Əslində isə, Zəngəzur dəhlizi məsələsinin ayrı müzakirə predmetə çevrilməsi Azərbaycanın maraqlarını bu vəya digər formada təmin etməyə imkan verir. Əvvəla unutmayaq ki, Ermənistanın Azərbaycan torpaqlarını 30 illik işğalda saxlaması nəticəsində vurduğu yüz milyardlarla ziyanı ödəmək məcburiyyətindədir və təbii ki, Ermənistanın bu ziyanı ancaq ərazisi hesabına ödəyə bilir. Bu ərazi Zəngəzur dəhlizinin keçdiyi ərazilər ola bilər.
Digər tərəfdən, əgər Ermənistan rəsmi öhdəliklərindən tam şəkildə imtina edərsə, işğal nəticəsində vurduğu ziyanı ödəməkdən yayınmağa çalışarsa əlbəttə ki, Azərbaycan qarşısında duran məsələlərin həllinə hərb yolu ilə nail olunacaq.Təbii ki, bu halda Zəngəzur dəhlizi məsələsi sülh müqaviləsindən kənar qalmalıdır”.
Ekspert bildirdib ki, prezidentin İtaliya səfərində bu məsələləri bir daha önə çəkməsini dövlət mövqeyinin, hansı gücə sahib olduğunu bir daha bəyan etmiş oldu.
Versus.Az
Xəbər lenti
Vaşinqtonun "məsələnin mənsiz həlli yoxdur" iddiası
"Azərbaycan müharibədən sonra bircə həmlə ilə sübut etdi ki, vasitəçilərsiz də razılaşmaq olar"