Cəlilabadda YANĞIN

07:57 10-09-2024 | icon 522 | Hadisə
Cəlilabadda YANĞIN

Tüstüdən zəhərlənən azyaşlı Bakıya gətirildi

 

Sentyabrın 8-də Cəlilabadda yanğında tüstüdən zəhərlənən azyaşlı paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

 

Report yazır ki, 5 yaşlı R.İ. müalicəsini davam etdirmək üçün Bakıda yerləşən xəstəxanalardan birinə köçürülüb.

 

Qeyd edək ki, yanğın rayonun Azərbaycan küçəsində yerləşən ikimərtəbəli yaşayış evində qeydə alınıb. Belə ki, hadisə zamanı evdə təxminən 5-6 yaşlarında iki azyaşlı uşaq olub. Uşaqlardan biri hadisə zamanı çölə qaçaraq xilas olub. Digər uşaq isə yatmış vəziyyətdə olduğundan içəridə qalıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri uşağı xilas ediblər. Azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Hadisə nəticəsində təxminən 300 kv.m sahəyə malik ikimərtəbəli evin 80 kv.m-i qorunsa da, içəridə olan bütün əşyalar və yanar konstruksiyalar yanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“44 günlük dastan”dan danışdılar

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi?

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Deputatlara vəsiqələri verildi

Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Türkiyəli həkimdən XƏBƏRDARLIQ

Ana övladına öz soyadını verə bilərmi?

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

Rektor fəaliyyətini DAYANDIRDI

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə qazandırdı

Neymar "Santos"a qayıdacaq

Binəqədidə vulkanik ərazidə insanlar necə məskunlaşıblar?