7 yaşlı qız DÖYÜLDÜ
Xudatda zorakılıq göstərilən azyaşlı ilə bağlı rəsmi qurumlar hərəkətə keçib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, anası tərəfindən döyülən azyaşlı nəzarətə götürülüb.
"Ailədəki digər uşaqların eyni aqibəti yaşamaq ehtimalı nəzərə alınaraq onlar da nəzarətə götürülüblər. Hazırda polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir", - qurum rəsmisi əlavə edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan isə bildirilib ki, Xaçmaz rayonunun Xudat şəhərində azyaşlının anası tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı polisə məlumat daxil olub.
Dərhal bu barədə tibbi ekspertiza təyin edilib və hazırda faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
Bu gün Beynəlxalq MÜƏLLİMLƏR GÜNÜdür
Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd olunur