Yaşa görə müavinət alanlara ŞAD XƏBƏR

15:54 11-09-2024 | icon 575 | İqtisadiyyat
Yaşa görə müavinət alanlara ŞAD XƏBƏR

"Yaşa görə ödənilən 220 manat sosial müavinət olduğu üçün əmək pensiyaları kimi indeksasiya mexanizminə daxil deyil. Lakin dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlarla biz mütəmadi olaraq yaşa görə verilən müavinətin də artırılmasını müşahidə etmişik. Adətən minimum pensiyada artım baş verən zaman məhz həmin müavinətlərdə də artımlar olur".

 

Bu sözləri açıqlamasında 6-cı çağırış Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov deyib.

 

Onun sözlərinə görə, fiskal yükünün hesablanması və bu istiqamətdə addımların atılması ilə bağlı qərarlar 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində bəlli olacaq:

 

"Pensiyaların indeksasiyası yeni ilin əvvəlindən hesablanır və eyni zamanda minimum pensiyada artımlar baş verirsə, ilin əvvəlinə təsadüf edir. Gözlənilir ki, minimum əməkhaqqıda artımlar olacaq və bu istiqamətdə işlər gedir. Əgər minimum pensiyada artımlar baş verərsə, yaşa görə müavinətin artırılması ehtimalları kifayət qədər yüksəkdir. Amma bütün hallarda 2024-cü ilin sonu və 2025-ci ilin əvvəllərində dəqiq məlumat vermək mümkün olacaq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...

Sumru Yavrucukun “Shirley Valentine”sı Bakıda...

COP29 dialoqlarına həsr olunmuş FİLM

Millimizin heyətində daha bir dəyişiklik baş verib

Onlara Nobel mükafatı verildi

Bakıda qazanxanada PARTLAYIŞ

Parlamentlərarası işçi qruplarına rəhbərlər SEÇİLƏCƏK

Külək güclənəcək - XƏBƏRDARLIQ

Buruntaqsız it gəzdirənləri gözləyən CƏZALAR

Beş min illik sirli qəbir...

Sərnişindaşıma şirkətinə avtobuslarla bağlı GÖSTƏRİŞ

Ölkəmizdə dayə xidməti necədir?

"Aygün fərqli planetdir"

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT

Bağırsaq düyünlənməsi, müayinə və müalicəsi - MÜSAHİBƏ