“Ermənistanın yerində oturdulması bu qüvvələrin xoşuna gəlmir”
Aydın Quliyev: “Şvabenin qərəzi də AŞPA deputat korpusunun Azərbaycana olan indiki münasibətinə söykənir”
“Bütün Avropanın əsas korpusları, təşkilatları Azərbaycanın Ermənistan üzərindəki qələbəsindən məmnun qalmayıblar. Bu, Şvabe kimi antiAzərbaycan mövqeyindən çıxış edən deputatları bir-bir üzə çıxarır”.
Versus.Az xəbər verir ki, bunu siyasi təhlilçi Aydın Quliyev almaniyalı deputat Frenk Şvabenin Azərbaycana qarşı qərəzli çıxışları ilə bağlı açıqlamasında bildirib.
A.Quliyev qeyd edib ki, Şvabenin təmsil etdiyi ölkənin siyasi dairələrinin Ermənistana təəssübkeşliyi və Azərbaycana qarşı əks münasibətlər sərgiləməsi bir sirr deyil. Onun sözlərinə görə, bu, vahid nöqtədən qaynaqlanır:
“Almaniyalı deputat Şvabenin qərəzi də AŞPA deputat korpusunun Azərbaycana olan indiki münasibətinə söykənir. AŞPA-nın deputat korpusu və rəhbərliyi antiAzərbaycan ovqatında köklənib. Belə olmasaydı Şvabenin Azərbaycanla bağlı verdiyi hesbat yanvar ayında məzmun etibarilə Azərbaycana qarşı qəbul olunmazdı. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, Ermənistanın bir təcavüzkar kimi yerində oturdulması bəzi qüvvələrin xoşuna gəlmir. Belə olmasaydı vətən müharibəsindən sonra Emənistanı Azərbaycanla sülh bağlamağa təşviq edərdilər, üstəlik Ermənistanı maliyyələşdirməz, silahandırmazdılar”.
LƏMAN
Xəbər lenti
Neft bazasında YANĞIN
Fövqəladə vəziyyət rejimi tətbiq edildi