“AŞPA Azərbaycanı ələbaxan etmək üçün çabalasa da…”

21:37 12-09-2024 | icon 326 | Siyasət
“AŞPA Azərbaycanı ələbaxan etmək üçün çabalasa da…”

Emin Həsənli: “Şvabbe ikilistandartlı siyasətin tərənnümçüsüdür”

 

“Azərbaycana qarşı qərəz, aqressiya ilə çıxış edən AŞPA deputatı təmsil olduğu qurumun ikilistandartlı siyasətinin tərənnümçüsüdür. AŞPA-da olan bir çox dövlətlərin nümayəndələri uzun illərdir Azərbaycana qarşı edilən haqsızlığı görməmək üçün özlərini korluğa, lallığa qoyublar”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi təhlilçi Emin Həsənli almaniyalı deputat Frenk Şvabbenin Azərbaycanı insan hüquqlarının pozulması, siyasi məhbuslar məsələsi ilə bağlı günahlandırması ilə bağlı açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, insan haqlarından, hüquqdan danışıb öhtəlik tələb edən bu qurum, 30 il Ermənistanın törətdiyi işğala, soyqırımına, dağıntılara göz yumdu:

 

“Haqqı tanımayan avropalı deputatın bizdən hüquq, haqq tələb etməyə mənəvi haqqı yoxdur. Ən ağır cinayətləri, separatizm, terroru törədənlər, 1 milyon insanımızın öz yurdundan didərgin salan, yaşamaq, mülkiyyət hüququndan məhrum edənlər, soyqırımda əli olanlara qarşı heç bir tədbir görmədilər. Ona görə də AŞPA-nın, digər qurumların nə qədər ədalətli olduğunu bilirik. Bütün bunlar Azərbaycanın müstəqil siyasət yürütməsi, öz torpaqlarını işğaldan azad etməsi ilə bağlıdır. Bu təşkilat Azərbaycanı ələbaxan etmək üçün çabalasa da, real vəziyyəti, Azərbaycanın regionun ən güclü dövləti olaraq müstəqil siyasətə yürütdüyünü düzgün qiymətləndirə bilmirlər”.

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...

Sumru Yavrucukun “Shirley Valentine”sı Bakıda...

COP29 dialoqlarına həsr olunmuş FİLM

Millimizin heyətində daha bir dəyişiklik baş verib

Onlara Nobel mükafatı verildi

Bakıda qazanxanada PARTLAYIŞ

Parlamentlərarası işçi qruplarına rəhbərlər SEÇİLƏCƏK

Külək güclənəcək - XƏBƏRDARLIQ

Buruntaqsız it gəzdirənləri gözləyən CƏZALAR

Beş min illik sirli qəbir...

Sərnişindaşıma şirkətinə avtobuslarla bağlı GÖSTƏRİŞ

Ölkəmizdə dayə xidməti necədir?

"Aygün fərqli planetdir"

Bağırsaq düyünlənməsi, müayinə və müalicəsi - MÜSAHİBƏ

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT