“Bu, AŞPA-nı şvaddelərin timsalında gözdən salır”

21:49 12-09-2024 | icon 330 | Siyasət
“Bu, AŞPA-nı şvaddelərin timsalında gözdən salır”

Mütəllim Rəhimov: “Bu hücumların COP 29 ərəfəsində aktivləşməsi növbəti riyakarlığın nümunəsidir”

 

“Avropa Şurasının Azərbaycana qarşı “Şvabbe iradları” fonunda Ermənistanı müdafiə edən hərəkətləri onun ədalətliliyinə kölgə salır. Xüsusilə, Azərbaycanın ermənilərə qarşı münasibətini yalandan dramatikləşdirib bunun üzərində siyasət qurmaları yolverilməzdir”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi analitik Mütəllim Rəhimov Azərbaycana qarşı xaricdən yönələn Şvabbe qərəzi ilə bağlı açıqlamasında bildirib.

 

M.Rəhimov Azərbaycana qarşı xaricdən yönələn ədalətsiz, qərəzli yanaşmalara qarşı Avropa və Qərb təsisatlarının illərlə susub yalnız özlərinə lazım olan zaman bir nəfərin hüquq müdafiəçisi kimi çıxış edəb dövlətin üzərinə gəlməsi qeyri-səmimi davranışlarıdr. O, bu hücumların məhz COP 29 konfransı ərəfəsində daha da aktivləşməsini növbəti riyakarlığın nümunəsi adlandırıb:

 

“Azərbaycan tolerant ölkədir və tolerantlığı ilə ta qədimdən seçilir. Bunun əvəzində Ermənistan 30 il bizim torpaqları işğalda saxladı, istismar etdi, dinc vətəndaşlarımızı öldürdü. On minlərlə insan məcburi köçkünə çevrildi. Amma bununla bağlı Avropa Şurası Ermənistana qarşı heç bir irad bildirmədi, Ermənistan nümayəndə heyətini səsvermə hüququndan məhrum etmədi. Milyonlarla azərbaycanlının hüquqlarını Avropa niyə qorumurdu. Amma indi haqlı işimizə görə, işğala son qoyulduğuna görə bizə irad tutur. Bu yolverilməzdir və Avropa Şurasını Şvaddelərin timsalında gözdən salır”.

 

M.Rəhimov belə halların Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərinin pisləşməsinə xidmət etdiyini qeyd edib:

 

“Hazırda Avropa Şurası ilə davam edən gərgin münasibət irəliləməkdədir. Azərbaycan tərəfi bizim nümayəndə heyətinin səsvermə hüququnun bərpasından sonra bu quruma qarşı sanksiyaların aradan qaldırılacağını bəyan edib. Bu isə o deməkdir ki, qarşı tərəf də bizimlə daha sərt ritorikaya üstünlük verəcək. Şvabenin son çıxışı da bunlardan biridir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...

Sumru Yavrucukun “Shirley Valentine”sı Bakıda...

COP29 dialoqlarına həsr olunmuş FİLM

Millimizin heyətində daha bir dəyişiklik baş verib

Onlara Nobel mükafatı verildi

Bakıda qazanxanada PARTLAYIŞ

Parlamentlərarası işçi qruplarına rəhbərlər SEÇİLƏCƏK

Külək güclənəcək - XƏBƏRDARLIQ

Buruntaqsız it gəzdirənləri gözləyən CƏZALAR

Beş min illik sirli qəbir...

Sərnişindaşıma şirkətinə avtobuslarla bağlı GÖSTƏRİŞ

Ölkəmizdə dayə xidməti necədir?

"Aygün fərqli planetdir"

Bağırsaq düyünlənməsi, müayinə və müalicəsi - MÜSAHİBƏ

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT