“Şvabenin çıxışlarını buna görə iqnor etmək lazımdır”
Azər Hüseynov: "Biz beş barmağı bal etsək də onlar razı qalmaz"
AŞPA-da Azərbaycanın səsvermə hüququnun məhdudlaşdırılması təşəbbüsü ilə çıxış edərək ölkəmizə qarşı sanksiyaların tətbiqinə çalışan almaniyalı deputat Frank Şvabe qərəzli çıxışlarından əl çəkmir. Özünə “umac ova” bilməyən alman, gəlib Azərbaycana “ərişdə kəsməyi” öyrədir. Şvabenin Azərbaycana qarşı qərəzi nə ilə bağlıdır?
Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən siyasi ekspert Azər Hüseynov bildirib ki, Şvabbelərin Azərbaycana qarşı qərəzli çıxışları birmənalı qarşılanmır və “haqq, hüquq, demokratiya” carçısı kimi etimadlarını getdikcə itirməkdədirlər.
Onun sözlərinə görə, Avropa qurumlarının demokratiya anlayışı xarici təzyiq vasitəsidir və onlara lazım olan zaman bunu önə verirlər. Azərbaycan Avropa qurumlarının diqtə siyasətinə uyğun olmayanda isə dərhal belə səslər yüksəlir:
“Ona görə də Azərbaycan fərqli inteqrasiya birliklərinə üz tutmalıdır. Şvabenin çıxışlarını buna görə iqnor etmək lazımdır. Azərbaycan bütün problemlərini, hüquqi dövlətin inkişafını kiməsə görə yox, öz xalqına görə, rifahına görə özü həll etməlidir. Siyasi münasibətlərin və fikir azadlığının dərinləşməsi istiqamətində daxili milli dialoq olmalıdır. Daxili milli dialoqun olması Şvabe kimilərin çıxışlarının effektini sıfra endirə bilər. Azərbaycana qarşı qərəz isə Qərbdə hər zaman olacaqdır. Biz beş barmağı bal etsək də onlar razı qalmaz".
T.Qafarlı
Xəbər lenti
Beş min illik sirli qəbir...
Skeletin yanına bəzi qəbir əşyaları qoyulub ki, bu da...