Futbolla bağlı yeni STRATEGİYA
Yeni strategiya 2025-2028-ci illəri əhatə edir.
Versus.Az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Qurum rəsmisi son iki ay ərzində AFFA-nın strategiyası ilə bağlı iclasların keçirildiyini bildirib:
“Bununla bağlı bir sıra görüşlər keçirilmişdi. Görüşlərdə həm AFFA-ya aid üzvlər, Regional Futbol Federasiyası, Sahə Futbol Federasiya və İctimai Birliklər iştirak etmişdi. Mətbuat nümayəndələri ilə də görüşlər keçirildi. Bununla bağlı ictimaiyyətə müraciətlər oldu. AFFA olaraq ictimaiyyətə müraciət etmişdik ki, strategiyanın yazılmasına hansısa əlavə, qeyd, hansısa fikir varsa, istənilən nümayəndə, vətəndaş öz düşüncələrini bizimlə bölüşə bilər. 300-dən çox təklif əldə etmişdik. Təkliflər arasında məqsədəuyğun olan və olmayanlar da var idi. Hər biri detallı şəkildə incələnib və bundan sonra da müxtəlif görüşlərin keçirilməsi nəzərdə tutulub. Yaxın günlərdə Bakıda yenidən görüş planlaşdırılır. Beynəlxalq ekspertlər də ölkəmizə səfər edəcəklər. Nəinki AFFA-ya üzv olan federasiyalar, digər qurumlarla da görüş nəzərdə tutulub. Bundan öncə də dövlət qurumları ilə görüşlər keçirilib. Bundan sonra da baş tutacaq. Sonda da çalışacağıq ki, futbola yaxın hər bir sahəni bu strategiyanın yazılmasına cəlb edək. İlin sonuna yaxın strategiya tam hazır olmalıdır. Bu strategiya 2025-2028-ci illəri əhatə edir. Düşünürük ki, sözügedən stratgiyanın müsbət tərəfini növbəti illərdə görəcəyik”.
Xəbər lenti
Mehriban Əliyevadan Zəfər Günü PAYLAŞIMI
"Uca Tanrı doğma Azərbaycanımızı daim qorusun!"