“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

21:25 13-09-2024 | icon 444 | Siyasət
“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Natiq Miri: "Qərbin məlum təsisatlarının mümayəndələrinin bu gözləntiləri əbəsdir"

 

“Qərb hər zaman başqa bir ölkəyə təzyiq etmək istəyirsə, orada mövcud olan problemləri “demokratiya və insan haqları” kontekstində təqdim edir. Bu gün bu siyasət Azərbaycana qarşı yönəlib”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Natiq Miri Qərbin Avropanın Azərbaycana qarşı yönələn qərəzlərinin arxasında dayanan maraqlara diqqət şəkərkən bildirib.

 

N.Miri bildirib ki, ən yüksək inkişaf etmiş ölkələrdə belə, həllini gözləyən problemli məsələlər olur. Bu, təbii ki, Azərbaycanda da var. Azərbaycan Qərbin məlum təsisatlarının əlinə bəhanə verməmək üçün bu yöndə olan poblemlərin aradan qaldırılmasına çalışır:

 

“Bütün hallarda ortada Qərbin, Avropanın ikilistandartlı yanaşmaları var. Çünki Qərbin düz göbəyində olan Fransanın öz insanına hansı münasibət sərgilədiyini dəfələrlə görmüşük. Sarı jiletlilərin etirazları zamanı Fransa hakimiyyətinin insanların gözünün çıxarılmasına, öldürülməsinə qədər prosesləri müşahidə etmişk. Ancaq Qərb buna münasibət bildirmir, gözünü yumur”.

 

N.Miri hesab edir ki, Azərbaycana qarşı təzyiqlərin məhz COP 29 sammiti ərəfəsində daha da intensivləşməsi təsadüfi deyil. Onun fikrincə, Qərb, Avropa təsisatları bu beynəlxalq tədbirdən istifadə edərək, Azərbaycanın imicinə zərbə vurmaq istəyir. Elə hesab edirlər ki, Azərbaycan beynəlxalq aləmdə nüfuzunu itirməmək üçün onların istədiklərini edə bilər:

 

“COP 29 qlobal bir aksiyadır. Bütün dünya dövlətlərinin marağında olan və içtirakçısı olduğu bu konfrans Azərbaycanın qlobal səviyyədə nüfuzunun artmasına təkan olacaq. Ona görə də Azərbaycanı müxtəlif yanlardan aşağılamaqla dövləti, hakimiyyəti nüfuzdan salmaq istəyirlər. Bu, düşünülmüş proqram üzrə baş verir. Bir tərəfdən kriminal erməni maliyyəsi ilə hərəkət edən Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Okampo, digər tərəfdən onun hazırladığı layihə çərçivəsində Avropada, ABŞ, Ermənistanda bu məsələləri beynəlxalq ictimaiyətə daşıyan QHT-lər var ki, hər gün bunu gündəmə gətirirlər. Əsas vurğu isə guya Qarabağda “etnik təmizləmə” və “erməni hərbçilərin Azərbaycan həbsxanasında çürüməsidir. Onlar bu iddialarla cinayətkarları həbsdən çıxarmaq istəyirlər. Düşünürlər ki, COP 29 ərəfəsində təzyiqər etsələr Azərbaycan güzəştə gedə bilər. Okampo bu qayəsini gizlətmir. Açıq şəkildə deyir ki, COP 29 ərəfəsində bu məsələni qabartmaq lazımdır ki, Azərbaycan güzəştə getsin”.

 

N.Miri hesab edir ki, Qərbin məlum təsisatlarının mümayəndələrinin bu gözləntiləri əbəsdir. Onun sözlərinə görə, Azərbaycan cinayətkrlara güzəştə gedən deyil. Çünki ödənəcək bədəl var. 30 il Azərbaycan xalqına çəkdirilən müsibətlərin bədəli ödənməlidir.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...

Sumru Yavrucukun “Shirley Valentine”sı Bakıda...

COP29 dialoqlarına həsr olunmuş FİLM

Millimizin heyətində daha bir dəyişiklik baş verib

Onlara Nobel mükafatı verildi

Bakıda qazanxanada PARTLAYIŞ

Parlamentlərarası işçi qruplarına rəhbərlər SEÇİLƏCƏK

Külək güclənəcək - XƏBƏRDARLIQ

Buruntaqsız it gəzdirənləri gözləyən CƏZALAR

Beş min illik sirli qəbir...

Sərnişindaşıma şirkətinə avtobuslarla bağlı GÖSTƏRİŞ

Ölkəmizdə dayə xidməti necədir?

"Aygün fərqli planetdir"

Bağırsaq düyünlənməsi, müayinə və müalicəsi - MÜSAHİBƏ

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT