“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

22:04 13-09-2024 | icon 465 | Siyasət
“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

Elşad Mirbəşir: "Bu, Qərbin, Avropanın olmayan nüfuzunu daha da yox edəcək”

 

“Qərb dairələrinə öz ambissiyalarını yeridə biləcəkləri rejimlər sərf edir. Bu mənada Azərbaycan dövlətinin öz milli maraqları çərçivəsində apardığı müstəqil siyasət qərb dairələrini qıcıqlandırır”.

 

Versus.Az xəbər verir ki, bunu professor Elşad Mirbəşir Qərbin, Avropanın Azərbaycana qarşı yönələn təsir və təzyiqləri ilə bağlı açıqlamasında bildrib.

 

E.Mirbəşir qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar formalaşdırmaqla, yeni təhlükəsizlik mühitini yaratdı, yeni tarixi mərhələnin başlanğıcını qoydu. Onun sözlərinə görə, Cənubi Qafqazda səmərəli əmkdaşlıq sisteminin qurulması, keyfiyyətli təhlükəsizlik mühitinin formalaşdırılması bu regiona kənar müdaxilələrin azalmasını təmin edir ki, Azərbaycan bunu şərtləndirən addımlar atmağı bacardı.

 

E.Mirbəşir vurğuladı ki, bu reallıqlar fonunda Qərb regionda özünün manevr imkanlarının əhəmiyətli dərəcədə məhdudlaşdığını görür:

 

“Yeni reallıqlar bütün region xalqlarının, dövlətlərinin rifahına xidmət etməkdədir. Cənubi Qafqazda münaqişə potensialının Azərbaycanın iradəsi ilə aradan qalxması regionun inkişafı, təhlükəsizliyinin təmin olunması baxımından geniş imkanlar yaradır. Bu da qərb dairləri tərəfindən qəbul olunmur. Qərb dairələri regiondakı gərginlikdən istifadə edərək Azərbaycana qarşı təzyiqlər göstərib, qərəzli çıxışlarını davam edir”.

 

E.Mirbəşir Frank Şvabe kimi deputatların qərəzli addımlarının Avropa Şurasının etibarlılığını aşağı endirir. Onun sözlərinə görə, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması da Şvabenin canfəşanlığının nəticəsidir:

 

“Bu, həm də onu qeyd etməyə əsas verir ki, Fransa və Almaniya Azərbaycana qarşı bir tondem kimi fəaliyyət göstərməkdədirlər. Fransa bir çox halda öz mövqeyini Almaniyanın vasitəsi ilə həyata keçirməyə çalışır. Qərb Azərbaycana qısqanclıqla yanaşır. COP 29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul olunmasına qlobal dəstəyin verilməsi bu qısqanclığı daha da artırdı. Bu konfrans ərəfəsində ölkəmizin imicinə xələl gətirmək cəhdləri qərəzdən, məkirli niyyətlədən xəbər verir. COP 29-un Azərbayanda yüksək tələblərə cavab verəcək şəraitdə keçirləcəyi şübhə doğurmur. Şvabelər Azərbaycanın imicini korlamağa çalışırlar. Amma bu cəhdlər fiaskoya uğrayacaq. Azərbaycan öz yolu ilə gedir, prioritetlərinə uyğun olaraq addımlarını qətiyyətlə atır. Şvabe və onun kimilərin qarayaxma hərəkətliliyi heç bir nəticə verməyəcək. Bu, Qərbin, Avropanın Şvabelərinin timsalında özünün olmayan nüfuzunu daha da yox edəcək”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“44 günlük dastan”dan danışdılar

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Rusiyanı daimi təhlükə kimi tanımağa ÇAĞIRIŞ

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi?

Deputatlara vəsiqələri verildi

Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Türkiyəli həkimdən XƏBƏRDARLIQ

Ana övladına öz soyadını verə bilərmi?

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

Rektor fəaliyyətini DAYANDIRDI

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə qazandırdı

Neymar "Santos"a qayıdacaq