Balığın köhnə olduğunu belə bilmək olar...

13:30 16-09-2024 | icon 523 | Maraqlı
Balığın köhnə olduğunu belə bilmək olar...

Müxtəlif sağlam qidalanma tövsiyələri ilə tanınan Prof. Dr. Canan Karatay balığın bayat olub-olmadığını müəyyən edə biləcəyiniz üsulu paylaşıb.

 
 
Balıqları su ilə doldurulmuş bir qaba yerləşdirmək, onun köhnə olub-olmadığını müəyyən etməyin ən asan yollarından biridir. Əgər su ilə dolu qaba qoyduğunuz balıq suyun üzərində qalırsa, bu, balığın bayat olduğunun göstəricisi hesab olunur.
 
 
Bundan başqa:
 
 
Gözlərdən başlayın. Çünki ilk ipucunu gözlər verir. Gözlər canlı və şəffaf olmalıdır. Öz canlılığını itirməməlidir.
 
Təzə balığın əti bərkdir.
 
Qarın boşluğunda şişlik yoxdur.
 
Dərisi və pulcuqları parlaqdır. Asanlıqla qopmur.
 
Təzə balıqların qəlpələri qırmızı və nəmdir.
 
Təzə balığın dəniz qoxusu var. Ağzı ümumiyyətlə bağlı olmalıdır.
 
 
 
 
Köhnəlmiş balığın əlamətləri:
 
 
Bayat balıqların gözləri küt görünüşə malikdir və içəriyə batmışdır. Pis bir qoxu yayır.
 
Barmaqla basdığımız zaman yumşalmağa başlayır və barmaq izi qalır.
 
Bayat balığın qarnında qaz yığılması və şişkinlik hiss edilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“44 günlük dastan”dan danışdılar

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Rusiyanı daimi təhlükə kimi tanımağa ÇAĞIRIŞ

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi?

Deputatlara vəsiqələri verildi

Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Türkiyəli həkimdən XƏBƏRDARLIQ

Ana övladına öz soyadını verə bilərmi?

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

Rektor fəaliyyətini DAYANDIRDI

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə qazandırdı

Neymar "Santos"a qayıdacaq