Türkiyədə fabrikdə PARTLAYIŞ
Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda fabrikdə partlayış baş verib.
Versus.Az xəbər verir ki, müvafiq yenilənmiş məlumatı "TRT" telekanalı yayıb. Bildirilib ki, Türkiyənin şimal-qərbində Sakarya vilayətində makaron fabrikində baş verən partlayış və yanğının söndürülməsi nəticəsində 33 nəfər xəsarət alıb, 1 nəfər ölüb.
Qeyd olunub ki, yanğınsöndürənlər fəhlələrdən birinin cəsədini dağıntılar altından çıxarıb. Bundan əlavə, 3 yanğınsöndürən yanğını söndürərkən yüngül xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
Neft bazasında YANĞIN
Fövqəladə vəziyyət rejimi tətbiq edildi