Vəzifəli şəxslər CƏRİMƏLƏNDİLƏR

14:36 16-09-2024 | icon 376 | Cəmiyyət
Vəzifəli şəxslər CƏRİMƏLƏNDİLƏR

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Biləsuvar bələdiyyəsinin sədri İlqar Vəlixan oğlu Abasova və rayonun Yuxarı Ağalı bələdiyyəsinin sədri Ehtibar Dəmir oğlu Əcəmova cərimə yazıb.

 

Buna səbəb bələdiyyə sədrlərinin yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyi pozması olub.

 

Belə ki, nazirlik bələdiyyə sədrləri barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinə əsasən cərimə protokolu tərtib edib.

 

Daha sonra protokollar baxılması üçün rayon məhkəməsinə göndərilib. İşlər hakim Rəfayil Əliyev və Mədinə Rəsulovanın sədrliyi ilə araşdırılacaq.

 

Protokol tərtib olunan maddədə deyilir ki, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. /İqtisadiyyat.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“44 günlük dastan”dan danışdılar

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Rusiyanı daimi təhlükə kimi tanımağa ÇAĞIRIŞ

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi?

Deputatlara vəsiqələri verildi

Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Türkiyəli həkimdən XƏBƏRDARLIQ

Ana övladına öz soyadını verə bilərmi?

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

Rektor fəaliyyətini DAYANDIRDI

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə qazandırdı

Neymar "Santos"a qayıdacaq