ÜST-dən HƏYƏCAN TƏBİLİ

15:54 17-09-2024 | icon 445 | Sağlamlıq
ÜST-dən HƏYƏCAN TƏBİLİ

Dünyanın ən ölümcül virusu Hindistanda daha bir can aldı

 

Hindistanın cənubundakı Kerala ştatında təhlükəli Nipah virusu yenidən can alıb. 24 yaşlı tələbə bu qorxulu xəstəlikdən ölüb. Ondan əvvəl - bu ilin iyul ayında, 14 yaşlı oğlan eyni virusa yoluxmaqdan vəfat edib.

 

Bu barədə Oboz.ua xəbər yayıb. Bildirilir ki, tələbədə qızdırma əlamətləri sentyabrın 4-də meydana çıxıb və beş gün sonra o, vəfat edib. Onun qan nümunəsinin testi Nipah virusu ilə yoluxmanı təsdiqləyib. Hazırda virusun daha da yayılmasının qarşısını almaq üçün ölən gənclə təmasda olan 151 nəfər həkimlərin ciddi nəzarəti altındadır.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı Nipah virusunu genişmiqyaslı epidemiyalara səbəb olmaq qabiliyyətinə görə prioritet patogen kimi təsnif edir. Hazırda yoluxmanın qarşısını almaq üçün vaksin və ya xəstəliyin müalicəsi üçün effektiv dərmanlar mövcud deyil.

 

Nipah virusu insanlara meyvə yarasalarından və donuz kimi heyvanlardan keçir. O, beyin şişməsinə və ölümə səbəb ola biləcək ağır qızdırma yaradır. Kerala ştatının bəzi hissələri bu təhlükəli xəstəliyin baş verməsi baxımından ən yüksək risk zonasındadır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“44 günlük dastan”dan danışdılar

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Rusiyanı daimi təhlükə kimi tanımağa ÇAĞIRIŞ

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi?

Deputatlara vəsiqələri verildi

Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Türkiyəli həkimdən XƏBƏRDARLIQ

Ana övladına öz soyadını verə bilərmi?

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

Rektor fəaliyyətini DAYANDIRDI

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə qazandırdı

Neymar "Santos"a qayıdacaq