Cütlük ev xidmətçilərinə işgəncə verib

15:33 18-09-2024 | icon 477 | Dünya
Cütlük ev xidmətçilərinə işgəncə verib

Ev işçilərinə qarşı qəddar rəftarın şokedici hadisəsi İsveçrəni sarsıdıb.

 

Bu barədə "Daily Mail"ə istinadən xəbər verir. Məlumata görə, Sürixə yaxın Andelfingen bölgəsindən olan evli cütlük aylarca evlərində iki gənc qadını - 22 yaşlı filippinli və 30 yaşlı braziliyalını saxlayıb və işgəncə verib. Bu, məhkəmə iclası zamanı məlum olub.

 

İT meneceri kimi çalışan 46 yaşlı isveçrəli və onun 32 yaşlı filippinli həyat yoldaşı qızları təhsil və yaşayış icazəsi almaqda kömək vədi ilə aldadıblar. Lakin əcnəbi qadınlar tələyə düşüblər - onları gündə 15 saat pəncərəsiz dar qəfəsdə saxlayıb və alçaldıcı BDSM praktikalarına (fiziki güc və güclü stimulyasiya tətbiq olunan cinsi əlaqə növü) məruz qoyublar.

 

Hakimin "cinsi meyilləri olan sadist" adlandırdığı kişi etiraf edib ki, 22 yaşlı filippinli qızı müntəzəm olaraq qandal, zəncir və kəmərlə bağlayıb, bəzən onları bir-birinə birləşdirib. Qız tamamilə işgəncə altında olub.

 

Zorakılıqdan əlavə, qurbanlar əmək istismarına da məruz qalıblar. Onlar həftədə 6 gün ev işləri görməyə məcbur edilib və cütlüyün sərəncamında 24 saat olublar. 45 saatdan çox iş həftəsinə görə filippinli qız ayda cəmi 800 İsveçrə frankı (1600 manat) alıb.

 

Prokuror sadist üçün 36 ay həbs cəzası tələb edib ki, bunun doqquz ayı həqiqi həbs müddətidir. Onun həyat yoldaşına azadlıqdan məhrumetməyə köməklik göstərməkdə ittiham olunaraq 10 ay şərti cəza verilə bilər. Hökm sentyabrın 18-də elan ediləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycan burada bir bəhanədir, əsas məqsəd...

Ermənistan Azərbaycanla şərti sərhəddə "səlibçi" bayraqlarını endirdi

COP29 tədbirləri çərçivəsində YENİLİKLƏR

Azərbaycana buraxılmayan “arzuolunmaz şəxs”lərin SAYI

Vitse-spikerdən TƏKLİF

Diqqətlər ABŞ-a yönəldi

Qarabağ Universitetində 50 nəfər işlə təmin edilib

129 nömrəli məktəbdə  maarifləndirici tədbir

YYSİB-dən eko-layihə

Deputatdan bankların tələbləri ilə bağlı TƏNQİD

Neftçalada ev sahibi ilə birgə YANDI

Azərbaycanda İLK

Rəqəmsal məlumat platforması İSTİFADƏDƏ

Ödəmə terminalından oğurluq etmək İSTƏDİ

Bu universitetə rektor TƏYİN EDİLDİ