Moskvanın mərkəzində baş verən atışmadan XƏBƏR VAR

17:54 18-09-2024 | icon 466 | Dünya
Moskvanın mərkəzində baş verən atışmadan XƏBƏR VAR

Bu gün Rusiyanın ən böyük onlayn pərakəndə satış şirkəti "Wildberries"in Moskvadakı "Romanov Dvoru" biznes mərkəzində yerləşən baş ofisində atışma olub. Şirkətin qurucusu Tatyana Bakalçukun əri Vladislav Bakalçuk binaya soxulmağa cəhd edib.

 

Bu barədə TASS xəbər verib. Şahidlərin məlumatına görə, Vladislav Bakalçuka girişə icazə verilmədikdən sonra münaqişə başlayıb və atəş səsləri eşidilib. Atışma nəticəsində üç nəfər odlu silahdan yaralanıb.

 

Hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları gəliblər. Yaralılar xəstəxanaya yerləşdirilib, ofis işçiləri isə təxliyə ediliblər.

 

"RİA Novosti"nin xəbərinə görə, "Wildberries" ofisində baş verən atışmada yaralanan şəxslərdən daha biri həlak olub.

 

Bildirilir ki, o, ayağından və belindən yaralanmışdı. Mühafizəçi Moskva xəstəxanalarından birinə çatdırılsa da əməliyyat otağında vəfat edib.

 

Qeyd edək ki, bundan əvvəl həyatını itirən şəxs də şirkətin mühafizəçisi olub. Beləliklə, ölənlərin sayı iki nəfərə çatıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“44 günlük dastan”dan danışdılar

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Rusiyanı daimi təhlükə kimi tanımağa ÇAĞIRIŞ

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi?

Deputatlara vəsiqələri verildi

Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Türkiyəli həkimdən XƏBƏRDARLIQ

Ana övladına öz soyadını verə bilərmi?

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

Rektor fəaliyyətini DAYANDIRDI

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə qazandırdı

Neymar "Santos"a qayıdacaq